Azərbaycanlı diaspor üzvləri Saakaşvilinin mitinqinə dəstək verdi

 

Ukraynada Azərbaycan diasporunun üzvləri Kiyevdə keçirilən etiraz mitinqinə qatılıb.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib ki,  soydaşlarımızın Gürcüstanın eks prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə dəstək verməsinin əsil səbəbi bizlərin bu ölkənin ərazi bütövlüyünü qorumaq hissindən yaranıbdır. Bununla yanaşı, həm də demokratiyanın daha da inkişaf edəcəyinə inanırıq. Bizlər Ukraynanın ərazilərinin separatizmlə dolu olan siyasətlərinə qarşıyıq. Rusiya Krımı işğal edəndə ermənilər separatizmin yanında yer aldılar. Ancaq, biz Azərbaycan diasporu olaraq, Ukraynanın ərazi bütövlüyünü fəal şəkildə müdafiə etdik. Bu gün də həmin prinsiplərə sadiqik. Bu gün diaspor üzvlərimiz Ali Radanın qarşısında toplaşan insanlarla birgə "Yeni güclərin hərəkatı” partiyasının lideri Mixail Saakaşviliyə dəstək verdiklərini nümayiş etdiriblər. Bu təşkilat Ukraynada

deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini, və anti-korrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər. Çünki, korrupsiya elə bir bəladır ki, ona qarşı hamılıqla birlikdə mübarizə aparılanda onun qarşısını almaq mümkündür. Bizlər Ukraynada “Çəhrayı İnqilab”dan sonra böyük ümidlərlə bütün problemlərin həll olunacağına inanırdıq. Ancaq, maliyyə oliqarxları hakimiyyətə gələndən sonra bütün ümidlərimiz də puça çıxmışdı. Ona görə də mübarizəmizin yenidən davam etdirmək fikrindəyik.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

 

10:09