Azərbaycanlı alimin özbək ədəbiyyatı ilə bağlı kitablarının Daşkənddə təqdimatı olub

Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərin özbək ədəbiyyatı ilə bağlı kitablarının Daşkənddə təqdimatı keçirilib.

Xudaferin.eu xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Özbəkistan və digər türkdilli ölkələrlə bağlı tədqiqat əsərləri və tərcümə kitablarından ibarət sərgi ilə tanış olublar.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, şair-tərcüməçi Babaxan Şərif, alimlər Karim Baxriyev, Mahmud Yuldaşov, Şuxrat Salamov, Gülbahar Aşurova Ramiz Əskərin yaradıcılığı, türkdilli xalqlar arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələləri haqqında danışıblar. R.Əskərin özbək ədəbiyyatı ilə yanaşı, türk, türkmən, qırğız, qazax, tatar ədəbiyyatı ilə bağlı maraqlı tədqiqatlar apardığı da diqqətə çatdırılıb.

Xudaferin.eu


 

12:59