Azərbaycanın xarici ticarət dövriyyəsi 18,9% azalıb

2016-cı ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi $15 mlrd 781 mln 300 min olub. Bu, ötən ilin eyni dövründəkindən 18,9% ($3 mlrd 686 mln 294 min 900) azdır. Turan İnformasiya Agentliyinə Dövlətstatkoma istinadən bildirir ki, ixarc $9 mlrd 579 mln 800 min, idxal $9 mlrd 201 mln 500 min olub. İl ərzində ixrac 25% ($3 mlrd 309 mln 280 min), idxal 5,7% ($377 mln 12 min) azalıb. Xarici ticarət dövriyyəsinin müsbət saldosu $3 mlrd 378 mln 300 mindir. Azərbaycan dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə məhsul ixrac olunub, 168 ölkədən idxal olunub. Ticarət dövriyyəsinin 38,3 faizi Avropa İttifaqı ölkələri, 12,1 faizi MDB üzvü dövlətləri, 49,6 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

TURAN.İA

13:52