Azərbaycanın namus qalası - Şuşa

Bu gün mənfur ermənilər Azərbaycanın izlərini Şuşanın daşından qayasından qaşıyaraq silir...

Həqiqətən də insanın qəlbini çox ağrdır ki, 100 illərdir tüklərin qurub- yaratdığı şəhər bu gün düşmənlərimizin dincəlmək yerinə çevrilib.  Artıq 28-ci  ildir ki, ölkəmizin namus qalası Şuşa işğal altında inləyir. Şuşanın necə işğal olunması, bunda kimlərin günahkar olmasında elə hey yazırıq. Bu haqda yenə də yazmaqdansa bu günkü Şuşaya edilən vandalizmləri görməyən gözlərə göstərmək daha önəmlidir.  Çünki bundan tarixdən başqa heç nə dəyişmir: rəqəm üstə rəqəm gəlir. Bu rəqəmlərin nə vaxta kimi artacağı, bunun harada dayanacağı heç kimə məlum deyil.  Amma məlum olan odur ki, rəqəmlər bizim ziyanımıza dəyişdiyi halda, ermənilər də Şuşanı öz xeyirlərinə dəyişirlər...

Öz dağıtdıqlarını “abadlaşdırmaları” ermənilərin mənfur xislətinin elə özləri tərəfindən bir daha etiraf və təsdiq olunmasıdır. Bu da tarixən həyata keçirlən erməni siyasətinin bir hissəsidir. Məqsəd Azərbaycanın dağlar gözəli Şuşasını yox edib, yerində eməni Şuşisi yaratmaqdır. Hər ikisi bəşəri qanunlara sığmayan hərəkətdir: birincisi vandalizm, qəsbkarlıq, ikincisi isə saxtakarlıq və yalançılıqdır.

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri Elman Mustafazadə ürək ağrısı ilə bu vandalizmə biganə qalmamağı, dövlət, hökumət və qeyri-hökumət təşkilatlarını bu vəhşliyiə son qoyulması üçün hərəkət etməyə çağırır. Dövlət təmsilçiləri xalqla birlikdə bu məsələləri müzakirə edib müdrik çıxış yolu təklif etmək etməlidir!

xudaferin.eu

 

14:41