Azərbaycanın ən güclü güləşçiləri müəyyənləşdirilir

Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə böyüklər arasında ölkə çempionatı start götürüb.

Xudaferin.eu-nun xəbərinə görə, Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunan yarışda on çəki (55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq, 82 kq, 87 kq, 97 kq, 130 kq) üzrə mükafatçılar müəyyənləşəcək.

Federasiyadan verilən məlumata əsasən, aparıcı milli üzvlərimizdən Almaniya çempionatında iştirak edən Eldəniz Əzizli, eləcə də, Rəsul Çunayev və Sabah Şəriəti Azərbaycan çempionatında yarışmır. 

Qeyd edək ki, turnirin açılış mərasimi sabah saat 16:30-da başlayacaq. Yarımfinal və medallar uğrunda qarşılaşmalar isə bundan yarım saat sonra start götürəcək. 

Xudaferin.eu

15:50