Azərbaycanın əməkdar artisti Çinarə Əlizadə Varşava Böyük Teatrında çıxış edəcək

 

 

Sentyabrın 15-dən 17-dək və 26-dan 28-dək Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki – Opera Narodowa) P.Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

Sentyabrın 15-də və 17-də səhnə əsərində Odetta obrazını Azərbaycanın əməkdar artisti Çinarə Əlizadə ifa edəcək. O, sentyabrın 27-də isə Matilda rolunda çıxış edəcək. Çinarə Əlizadə Moskvada doğulub. O, Natalya Nestereva Yeni Humanitar Universitetinin Rəqs Akademiyasında və Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsil alıb. Çinarə Əlizadə A.Adanın “Jizel”, L.Minkusun “Bayaderka”, “Don Kixot”, P.Çaykovskinin “Şelkunçik”, “Yatmış gözəl”, S.Prokofyevin “Zoluşka”, D.Şostakoviçin “Qızıl əsr” və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. O, 2016-cı ildən Polonya Milli Baletinin birinci solistidir.

Xudaferin.eu
Polonya, “Varşava Bürosu”

 

12:26