Azərbaycanın mədəniyyət paytaxtı

Azərbaycan ədəbiyyatşünaslıq elminin banisi Firudin bəy Köçərli Şuşa ədəbi məktəbi haqda yazır: "Qarabağ şairləri nəhəng qartallar kimi Şuşa dağlarının poetik zirvəsində məskən salaraq, öz fövqlərindən poeziyaya ton vermişlər".

Xurşudbanu Natəvan  20 il "Məclisi-Üns"ə rəhbərlik və havadarlıq etmişdir. Məclisdə  Xaqani, Nizami, Füzuli kimi qüdrətlilər tərcümə edilmiş, əsərlərinə nəzirələr yazılmışdır. 
Dövrün bir sıra ədəbi inciləri şeir məslislərində bədahətən söylənmişdir:

Natəvan: Kaş əzəldən gəlməyəydim, ey fələk, dünyaya mən,
Kəminə: Gəldiyim gündən əsirəm bir quru sevdayə mən.
Fəna: Vermişəm dil, bağlayıb bel bir vəfasız dilbərə,
Növrəs: Salmışam billah, bəlasız başımı qovğayə mən.

Həsən: Əhli-aləmdə, könül, nə sidq vardır, nə səfa,
Məxfi: Mehrisizdirlər sərasər, kimsədə yoxdur vəfa.
Təbib: İndi ki, var dustaqlarda hiyləvü kizbi-riya,
Aşiq: Nə gorəydim hiyləni, həm nə düşəydim vayə mən,

Qarabağ şairləri Gəncə, Şirvan, Şəki, Bakı şairləri ilə yanaşı
Tiflis, Orenburq, Həştərxan, Buxara, Mərv, Bombey, Kəlküttə və Bağdad şəhərləri ilə də ədəbi əlaqə saxlamışlar.... 

Şuşanın bu incə mühiti bir də dirçələrmi, Ya Rəbb...
Kaş o günü görəydik...

Mehriban Vəzir

Xudaferin.eu

11:18