Azərbaycanın ilk şəhidlərindən...

1980-ci illərin sonunda ermənilərin Dağlıq Qarabağ iddiası müharibəyə zəmin yaradırdı. 80-ci ilin sonlarından başlayan münaqişə SSR-nin dağılması ilə dahada sürətləndi. Ermənilərin Dağlıq Qarabağ iddisı yerli cəmiət tərəfindən xoş qarşılanmırdı və mübarizəyə Azərbaycanın hər bölgəsindən Qarabağın müdafiəsi üçün Vətən oğulları Qarabağa yollanırdılar. 1991-ci ilin oktyabr ayında müstəqilliyini elan edən Azərbaycan ordu quruculuğu üçün ilk addımları atsada bu elədə uğurlu olmurdu və Bölgələrdə özünümüdafiə batalyonları yaradılmış və vətənin müdafiəsi üçün əhali özünümüdafiə batalyonuna qoşularaq döyüş meydanına üz tuturdu.

Münaqişə nəticəsində Ermənistan və Qarabağdan 800.000-dən çox azərbaycanlı məcburi köçkün olmuşdur. 1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.000-dən çox Azərbaycan hərbçisi şəhid olub. 1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb.

Müharibə zamanı yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanımızın hər bir bölgəsindən Vətən fədailəri canlarını sipər etmişdilər. Şücayəti ilə tarixdə daim adlarından bəs edən Gəncə elidə bu müharibə zamanı xeyli itki vermiş minlərcə soydaşlarımız əlil və qazi olmuşdur.

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş ilk gəncəli şəhidlər — Ruzigar Qasımov, Bəxtiyar Əliyev və Abbasqulu Məmmədov 1990-cı il yanvarın 12-də  keçmiş Xanlar rayonu indiki Göygöl rayonunun Çaykənd, Todan kəndi ətrafında gedən qızğın döyüşlər zamanı mühasirəyə düşərək, ermənilər tərəfindən öldürülüblər. Onların cəsədləri bir gün sonra ermənilərdən alınıb və ayın 14-də Gəncədə dəfn olunub.

Şaumyan(Sovetlər dönəmində, 1938-ci ildə Goranboyun sözügedən hissəsi ayrılaraq, mərkəzi Aşağı Ağcakənd olmaqla, ətraf kəndlərlə birlikdə ayrıca rayon elan edilmişdi. Elə o illərdə Aşağı Ağcakəndin adı 26-lardan biri olan erməni Stepan Şaumyanın adına Şaumyan adlandırılmışdı. 1991-cı ildə keçirilən Halqa əməliyyatından sonra Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Şaumyan rayonu ləğv edildi və həmin ərazi yenidən Goranboya birləşdirildi.

29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Goranboy rayonu Şaumyanovsk qəsəbəsinin tarixi adı özünə qaytarılaraq Aşağı Ağcakənd qəsəbəsi adlandırılmışdır.

1992-ci ilin iyun ayında Ermənistanın işğalçı qoşunları tərəfindən işğal edilmiş qəsəbə bütünlüklə yandırılsa da, bir müddət sonra Azərbaycan ordusu tərəfindən geri alınmışdır.)  rayonundan meşənin içi ilə Mardakertə yol çəkildikdən sonra Şaumyan (Aşağı Ağcakənd) erməniləri ayağa durdular ki, biz Dağlıq Qarabağa birləşmək istəyirik. Qərar da çıxdı: «Şaumyan rayonu və Çaykənd zonası Dağlıq Qarabağa birləşdirilsin».

Şaumyan(Aşağı Ağcakənd) rayonundan Çaykəndə də yol düzəldi. Artıq planlar hazır idi… Todan kəndi bu iki yaşayış məntəqəsinin arasında yerləşirdi və burada azərbaycanlılar yaşayırdı. Yavaş-yavaş Çaykənd ətrafına, Göy-göl zonasına gedib-gələnlərə hücum etməyə başlanılmışdı.

 1990-cı ilin yanvarın əvvəllərində Xankəndində(Stepanakertdə) Sov. İKP MK katibi A.Girenkonu, SSRİ Ali Sovetinin sədri R.Nişanovu və Azərbaycan KP MK katibi V.Polyaniçkonu şəhərə buraxmadılar. Bu hadisədən sonra daşnakların ayağı daha da yer aldı. Ermənistan SSR Ali Soveti Şaumyan(Aşağı Ağcakənd) (Çaykənddə daxil olmaqla) rayonunu Dağlıq Qarabağın büdcəsi ilə birlikdə müzakirə edəndə Çaykənddə artıq döyüş başlamışdı. Ölənlərin, yaralananların, girov götürülənlərin sayı günbəgün artırdı. Belə bir vaxtda Şaumyan(Aşağı Ağcakənd) rayonu ilə sərbəst gediş-gəlişə mane olan Todan kəndi mühasirəyə alındı. Kənd dərənin içində yerləşir və ətrafdakı dağlardan kəndin içi açıq-aydın görünür. Yuxarıda, Maraşen kəndinin qarşısında isə ermənilərin tankları, pulemyotları, karabinləri hazır vəziyyətə gətirilmişdi. Təpənin birinə dolu dağıdılması üçün nəzərdə tutulan nəhəng top da qoyulmuşdu. 1990-cı ilin Yanvarın 12-də səhər tezdən döyüşlər başlamışdı. Atışmalarda Ruzigar Qasımov, Bəxtiyar Əliyev və Abbasqulu Məmmədov şəhid olmuşdular. Yanvarın 14-də Hacıkənd qəsəbəsindəki «Beş Ulduz» yaxınlığında ermənilər növbəti vəhşiliyə əl atmışlar. Həmin gün səhər tezdən vertolyotdan da dinc əhali atəşə tutulmuş, iki nəfər ölmüş, çoxlu yaralanan olmuşdur. Yanvarın 15-də ermənilərin yaşadığı Maraşen kəndindən 40 dəqiqə ətrafa avtomatdan və pulemyotdan atəş açılmışdır. Yanvarın 18-i və 19-da da ermənilər kəndləri atəş altında saxladılar…

09:50