Azərbaycanımız naminə ov deyil, ovçu olmaq zamanıdır

Ədalət Yusifov

Azərbaycanımız naminə ov deyil, ovçu olmaq zamanıdır

Nemət bəy həbsdən çıxdı və danışdı. Xalq hər şeyi bilməlidir deyərək, rejimə qarşı mübarizədən deyil, Milli Azadlıq mübarizəsinin öncüllərindən kimlərisə arxivlərini açıb tökərək ifşa edəcəyindən danışdı. İlk olaraq, azadlığın mübarək olsun Nemət Bəy. Düşünürəm ki, dediyiniz məsələlərdən 30 ilə yaxın zaman keçdiyindən, o, dönəmdən  bəri bir 1-ci katib, 4 prezident, 4 prezident səlahiyyətlərini icra edən şəxs rəhbərlikdə olduğundan, baş verənlərlə bağlı xalqın hər şeydən xəbəri olduğundan ictimai fikrin əlavə hansısa məlumatlarla dəyişəcəyi ehtimalı sıfra bərabərdir. Həmin şəxslər, Siz qarışıq həyatlarını riskə artaraq, yaxşı-pis, səhv-düzlərinizlə , Xalqımızla birgə bir nəticə- Azərbaycanın İstiqlalını əldə etməyə rəhbərlik etdiniz. Yalnız buna görə hədəfi müstəqillik olan həmin şəxslər o, zamankı fəaliyyətlərinə görə hər cür hörmətə haqq edirlər. İndiki vəziyyətdə hədəf onlar deyil, mübarizədə keçirdiyin və yaşadığın bir günün haqqını birgə bütün ömürləri ilə ödəmək gücü yetməyən hakim komanda olmalıdır. Çox şeylər dəyişib, dəyişir və dəyişəcək. Dəyişmək zamanıdır Nemət Bəy. Bunu Azərbaycanımızın taleyi tələb edir.
Son 20 gündə regionumuzda baş verən proseslər bütün dünya üçün yaşadığımız coğrafiyanın, xüsusilə Azərbaycanımızın əhəmiyyəti ilə yanaşı, Dövlətimizə qarşı real təhlükələrin olmasını da üzə çıxardı. Rus ayısı qapımızda dişlərini qıcayıb. Vətənimizə qarşı siyasi oyunlarda istifadə etdiyi erməniləri və PKK itlərini fas komandasına hazır vəziyyətə gətirib. Tehrandakı mollakratiya rejimi öz maraqları baxımından dövlətimizə qarşı düşmənlərimizlə uzlaşan siyasət yürütməkdə davam edir. İç rejim dövlətimizin xilası naminə şəxsi mənafeyindən yana cəsarətli mövqe seçimi etməkdən qorxur və bütün biabırçılıqları xırda, cılız siyasi oyunlarla pərdələməyə üstünlük verir.
İndiki önəmli bir dönəmdə siyasi qüvvələr artıq ayaqda olan xalqla vəhdət nümayiş etdirməli olduqları halda, hələ də dünəndə ilişib qalmaqdadırlar. Bir çox siyasi partiya mənsubları AXCP - KXCP, Əli Kərimli – Mirmahmud Mirəlioğlu, MÜSAVAT - AXCP, İsa Qənbər – Əli Kərimli arasında keçmişdə yaşanan münasibətlərin girovundan qurtarmaq "istəmirlər". Siyasi liderlər sərf etmədiyindən cəmiyyətdə baş verən keyfiyyət dəyişikliklərini və hərəkətliliyi görməzdən gəlməkdədirlər. Vəziyyətdən sui istifadə edən "siyasi mətbəx siçovulları" münasibətlərin daha da korlanmasında olmazın fəallıq göstərməkdədirlər. Vətənimizin, millətimizin isə bizlərdən gözlədikləri daha ciddi məsələlər vardır. Aqillərdən birinin insan şəxsiyyətilə bağlı söylədiyi çox gözəl bir fikir yadıma düşdü:- "Bu həyatda ya ov, ya da ovçu olacaqsan. Amma heç vaxt ovu ovçuya gətirən tula olmayacaqsan ".
Bəylər!.. Azərbaycanın taleyi bizlərə ov gətirən tulalardan xilas olmağı tələb edir. Əsrlər boyu ov olduğumuzdandır ki, 2,8 milyon kv. km- lik vətənimizin cəmi 86 min kv. km- nə sahiblənə bilmişik. Onun da 20% rus erməni ıttifaqının işğalındadır. İndiki gərgin vəziyyətdə Azərbaycanımızın, dövlətimizin, millətimizin sabahı, taleyi hər bir vətəndaşımızdan OVÇU OLMAĞIMIZI tələb edir. Uca Tanrı amanında.
TANRI TÜRKÜ QORUSUN VƏ UCALTSIN.

13:57