Azərbaycanı təhdid edən YENİ PLAN

 “Kipr modeli” Azərbaycanın maraqlarına ziddir

42 ildən artıqdır davam edən Kipr münaqişəsinin həlli üçün tarixi fürsət yaranıb. İsveçrənin Montre şəhərinin Mont Pelerin qəsəbəsində 15 aydır davam edən danışıqlar prosesində adanın yunan və türk icmaları bir sıra mübahisəli məsələlərə dair razılığa gəliblər. Noyabrın 20-dən başlayaraq, “Beşlik format”ında aparılan müzakirələr reallaşsa, 1974-cü ildən iki hissəyə bölünmüş Kipr adasının yeni xəritəsi ortaya çıxacaq. Siyasi ekspertlər isə Kipr probleminin həllinin yunan və türk icmaları arasında barışığa gətirib çıxartmaqla yanaşı, dünyanın bir çox regionlarının geosiyasi mənzərəsinin dəyişəcəyinə səbəb olacağını iddia edir. “Biz sülh müqaviləsinə bu qədər yaxın olmamışdıq. Lakin aldana bilmərik”-Kipr Respublikasındakı Sülh Problemlərinin Tədqiqi İnstitutunun rəhbəri Harri Tsimitras belə deyib. O, bir neçə məsələnin həll olunmadığını bildirib. Xatırladaq ki, danışıqlar 2015-ci ildən BMT-nin himayəsi altında, əvvəllər Norveçin xarici işlər və müdafiə nazir vəzifələrində işləmiş Espen Bartın sədrliyi ilə keçirilir. Keçən həftə tərəflər İsveçrədə danışıqların sonuncu mərhələsini başlamaq üçün toplaşmışdılar. Məqsəd yekun sülhə nail olmaq idi. Ancaq Kipr Respublikasının prezidenti Nikos Anastasiadis ərazi güzəştləri ilə bağlı məsələləri Yunanıstanın baş naziri Aleksis Sipras və Beynəlxalq Yunan Şurası ilə məsləhətləşmək üçün vaxt istəyib. Noyabrın 17-də Afinada keçirilən görüşdən sonra A.Sipras sülh prosesinə dəstək verdiyini bəyan edib. Əgər Mont Peler danışıqlarında raılıq əldə olunsa 1974-cü ildən bəri ilk dəfə olaraq, Kipr adasının türk və yunan icmalarının münasibətlərində tarixi inqilab baş verəcək. Kiprin birləşməsi bütün Avropa və dünya üçün böyük əhəmiyyət daşıya bilər. Bunun üçün altı şərt tələb olunur:
1. Həll olunmayan igər münaqişələrin nizamlanması üçün perspektiv yaradır.
“Kiprin bölünməsi on illərdir davam edən və həlli qeyri-mümkün hesab edilən ən mürəkkəb münaqişələrdən biridir. Əgər onlara bunu aradan qaldırmaq nəsib olsa, bu digər bölgələrə də töhfəsini verəcək. Ən inandırıcı misal kimi o, İsrail-Fələstin münaqişəsinin adını çəkir: “Biz həmçinin regionda terrorizmə qarşı mübarizə, miqrasiya prosesi və enerji kimi mürəkkəb məsələlərdə əməkdaşlığın fəallaşmasının şahidi ola bilərik”- Tsimitras belə hesab edir.
2. Türkiyə və Yunanıstan arasında ünsiyyət qurmaq daha asan olacaq.
London İqtisadiyyat Araşdırmaları Litseyinin mütəxəssisi Jey Ker Lindseyin fikrincə, Kipr münaqişəsi Türkiyə ilə Yunanıstanın münasibətlərini zəhərləyib. “Əgər Kipr problemi həllini tapsa, qalanları asan olacaq”-Lindsey belə deyir. Ekspert qeyd edir ki, münasibətlərin pis olması hər iki tərəfin daxil olduğu NATO çərçivəsində əməkdaşlığa zərbə vurur.
3. Türkiyə və Avropaya qadağa yoxdur.
Türkiyə Avropa Birliyinə üzv olmaq üçün danışıqlar aparır. Ancaq AB-ə daxil olan Kipr yunanlarının bir sıra vacib məsələlərdə onlara qarşı tətbiq etdiyi qadağalar səbəbindən danışıqlar davam edə bilmir. Danışıqların başı adlandırılan enerji, təhsil və mədəniyyət sahələrində əlaqələr açılacaq. Ker-Lindsey qeyd edir ki, son illər Türkiyədəki şərait Avropa Birliyinə üzvlük imkanlarını az inandırıcı edir. Bu baxımdan, Kiprin qadağaları bir neçə il bundan əvvəl daha böyük əhəmiyyət daşıyırdı. Avropa Birliyi ilə Türkiyə bu ilin yazında miqrant axının qarşısını almaq üçün danışıqlar aparanda Kipr öz növbəsində problem yaradırdı.
4. Bu, Rusiyanın tutumunu zəiflədə bilər
“Rusiya Kiprin birləşməsinin tərəfdarı olmayan yeganə ölkədir. Ona görə də Rusiya hər vəchlə barışıq prosesinə mane olmağa çalışacaq”-deyən H. Tsmitrasın sözlərinə görə, adanın yunanlar yaşayan hissəsində Rusiyanın ciddi iqtisadi maraqları var. Bu əməkdaşlıq həmçinin, hərbi sahədə də qurulub. Ötən il hər iki tərəf arasında bağlanmış müqaviləyə görə, Rusiya hərbçiləri adanın limanlarında yerləşə bilər. Kipr Avropa Birlyinin üzvü olsa da, NATO-ya daxil deyil və Aralıq dənizində vacib strateji mövqe tutur. Bu baxımdan, ruslar Kipr yunanları ilə əlaqələrə böyük əhəmiyyət verirlər. Əgər ada birləşsə, Rusiya mövcud vəziyyətin dəyişəcəyindən narahatlıq keçirir. Kipr türkləri isə NATO-nun üzvü olan Türkiyə ilə sıx bağlıdır. Bu isə Kiprin gələcək xarici siyasət balansında dəyişikliyə gətirib çıxara bilər. “Kiprlilər NATO-ya daxil olmaq istəməsələr də təzyiq məqsədilə alyansa daha sıx bağlamaq lazımdır, məsələn, bu tərəfdaşlıq formasında, arta bilər”-Tsimitras belə deyib.
5. NATO Avropa Birlyi ilə daha sıx əməkdaşlıq edə bilər
Kiprdəki dondurulmuş münaqişə NATO və AB arasında daha sıx əməkdaşlıq üçün əsas maneə idi. Türkiyə Avropa Birliyinin NATO-nun resurslarından istifadə etməsinə mane olurdu. Ankarada hesab edirlər ki, Kipr məəsələsi üzrə danışıqlar yeni sıx hərbi əməkdaşlıq üçün zərurui imkanlar açır.
6. Enerji mənbələri uğrunda mübarizə
Ekspertlərin fikrincə, enerji resursları uğrunda mübarizə və əməkdaşlıq əsas məsələlərdən birini təşkil edir. Hazırda adanın təbii qaz yataqlarından kimin istifadə etmək hüququna malik olması mübahisə predmetidir. Kəşfiyyat qazma işləri ilə bağlı bir neçə dəfə mübahisəli vəziyyət yaranıb. Ekspertlər hesab edir ki, adanın birləşməsi Kipr, İsrail və Türkiyənin enerji sahəsində birləşməsini təmin edə bilər. İsraildən Türkiyədən keməklə Kiprin şərq hissəsinə doğru uzanan qaz kəməri ən əlverişli marşrut hesab edilir. Enerji maraqları bu ziddiyyəti aradan qaldıra bilər. Ekspertlərin rəyindən də göründüyü kimi, Kipr probleminə dair razılaşma baş tutarsa, bu bir sıra dondurulmuş münaqişələrin həllinə yol aça bilər. Danışıqların məqsədi Kipr adasını iki dövlətdən ibarət, yüksək əhəmiyyətli muxtariyyətə malik federasiya şəklində birləşdirməkdir. Bəzi ekspertlər Kiprin konfederativ quruluşa malik olacağını bildirir. Əgər razılaşma əldə olunarsa, müqavilənin təminatçısı kimi Yunanıstan, Türkiyə və Böyük Britaniyanın çıxış etməsi nəzərdə tutulur.
Xatırladaq ki, Dağlıq Qarabağ problemi də dondurulmuş münaqişələr sırasına daxildir. Bu baxımdan, ermənilər Kipr probleminin həllindən Dağlıq Qarabağa presedent yaratmaq üçün istifadə etməyə çalışa bilərlər. Azərbaycanın Kipr modelini ermənilərin Dağlıq Qarabağa tətbiq etmək istəyinə razı olacağı hec cür inandırıcı görünmür. Söhbət Dağlıq Qarabağa yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət verilməsindən gedə bilər. Çünki Azərbaycan Konstitusiyasına görə, Azərbaycan unitar dövlətdir. Ona görə də Kiprdəki kimi federativ və ya konfederativ quruluşun tətbiqi Azərbaycanın Konstitusiyasının, dövlət quruluşunun və suverenliyinin pozulmasına gətirib çıxara bilər.

Müşfiq Abdulla

(Cebhe.info)

16:45