Azərbaycandan miqrant axını: Soydaşlarımız yaşamaq üçün ən çox hansı ölkələrə gedirlər?

 

Son bir neçə ildə ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması, o cümlədən də siyasi narazılıqlar, insanların siyasi azadlıqlarının əllərindən alınması xarici ölkələrə miqrant axınını artırıb.Rəsmi və qeyri-rəsmi yolla xaricə gedib, orada yaşayanların sayında artım olub.Ölkədə həm daxili, həm də xarici immiqrasiya prosesi gedir.Daxili immiqrasiya müəyyən rayon, bölgədən digərinə getməkdir.Xarici immiqrasiyaya isə həm qanuni, həm də qeyri-qanuni yolla həyata keçirilir. Qanuni yolla, yəni, iş, təhsil və siyasi xəttlə xaricə mühacir etmək mümkündür. Yəni, işləmək məqsədi ilə getmək istəyənlər öncədən arzuladığı ölkədən iş təklifi almalıdır. İş təklifi aldıqdan sonra sənədləri toplayaraq həmin ölkənin Bakıdakı səfirliyinə müraciət etməlidir.Səfirlikdə isə müəyyən müddət şəxs haqqında detallı olaraq araşdırmalar aparılacaq.

Kanada üçün adambaşına 4 min dollar
 

Ən sadəsi isə təhsil yolu ilə getməkdir. Bu gün Azərbaycandan 100-lərlə insan təhsil, iş yolu ilə xaricə üz tutaraq müəyyən müddət orada yaşadıqdan sonra geri dönmür, qalaraq vətəndaşlıq hüququ alırlar. Ölkəni tərk etmək istəyənlər bəzən əlacsız qalaraq qeyri-qanuni yollara da əl atırlar.Qeyri-qanuni yolla gedənlərə isə qaçqın deyilir.Belələri daha çox Almaniyaya müraciət edirlər. Bu yolla İsveç və Norveçə gedənlər də var. Siyasi yolla ölkəni tərk etmək istəyənlər isə daha çox Hollandiya, Danimarka kimi ölkələrdə yerləşdirilir. Qeyri-qanuni yolla ölkəni tərk edənlər arzuolunmaz hallarda müəyyən işbazların hədəfinə tuş gəlir, kifayət qədər pul töksələr də sərhədi keçdikdən, lazım olan əraziyə çatdıqdan sonra onların həmin ölkəyə buraxılmasının mümkün olmadığı deyilir. İmmiqrasiya ilə məşğul olan bir neçə şirkətlə əlaqə saxladıq, üzbəüz görüşdük.Şəhərin aparıcı mərkəzlərindən birində yerləşən şirkətdən bildirildi ki, Kanadaya getməyimiz üçün adambaşı 4 min dollar tələb olunur.İlkin olaraq məbləğin müəyyən hissəsini ödəyərək viza almaq üçün müsahibəyə hazırlaşdıracaqlar. Viza isə onların dediyinə görə bəxt məsələsidir: “Bəzən əhəmiyyətsiz olaraq viza verirlər. Bəzən isə xırda bir detalı qabardaraq viza verməkdən imtina edirlər”.

Əsas məsələ isə viza aldıqdan sonradır. Qaranlıq yollar bu zaman başlanır. ABŞ-a viza alan şəxslərin Kanadada məskunlaşması üçün müəyyən çertyoj çəkilir. Belə ki, bu çertyoja görə siz Meksika sərhədini keçəcəksiz.Bir müddət ABŞ-da qalacaqsız, təxminən 3 aya yaxın. Daha sonra isə sizi meşə ilə Kanadaya keçirəcəklər: “Təbii ki, burada da sizi qarşılayacaqlar. Polisə ifadə verəcəksiz, daha sonra sizi işlə təmin edəcəklər.Kanadada qalıb təkcə fəhlə kimi saatına 6-7 dollar qazanacaqsız.Yalnız bir ildən sonra ailənizi də yanınıza gətirə biləcəksiz”.

Açıqlanan son statistikaya görə təkcə 2015-ci ildə 1557 nəfər Azərbaycanı tərk edərək daimi yaşamaq üçün başqa ölkəyə gedib. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, onlardan 1394 nəfəri MDB ölkələrinə, 163 nəfəri isə digər xarici ölkələrə üz tutub. 2015-ci ildə 20 nəfər ABŞ-a, 17 nəfər Almaniyaya, 52 nəfər Belarusa, 1 nəfər Estoniyaya, 17 nəfər Gürcüstana, 3 nəfər İsrailə, 482 nəfər Qazaxıstana, 10 nəfər Qırğızıstana, 1 nəfər Latviyaya, 9 nəfər Moldovaya, 20 nəfər Özbəkistana, 782 nəfər Rusiyaya, 66 nəfər Türkiyəyə, 17 nəfər Türkmənistana, 22 nəfər Ukraynaya, 38 nəfər isə digər ölkələrə gedib. 2010-2011-ci illərdə isə 4 min 359 azərbaycanlı ölkəni tərk edib.

65 yaşdan yuxarı insanlar da gedir

 

UNİCEF-in Azərbaycanı tərk edən vətəndaşlarla bağlı hazırladığı hesabata görə 1990-cı ildə 7 min 217 nəfər ölkəni tərk edib ki, onlardan 3 min 535 kişi, 3 min 681-i isə qadın olub. 2000-ci ildə isə bu rəqəm bir az da artaraq 8 min 118 nəfər olub ki onlardan 3 min 966-sı kişi, 4 min 151-i isə qadın olub. 2010-cu ildə isə bu rəqəm 9 min 95 nəfər olub ki, onlardan 4 min 510-u kişi, 4 min 585-i isə qadın olub. 2013-cü ildə isə ümumilikdə Azərbaycanı tərk edənlərin sayı 9 min 413 nəfər olub.Ötən illərdən fərqli olaraq qeyd olunan dönəmdə Azərbaycanı tərk edənlər sırasında qadınlar üstünlük təşkil edib. Onlardan 4 min 736-sı qadın, 4 min 678-i isə kişi olub. Qeyd olunan dövrlərdə Azərbaycandan xaricə immiqrant kimi gedənlər sırasında şəhər əhalisi ilə yanaşı kəndlərdən də axın olub.Faizlər 50-40 üzərində dəyişilib.Xüsusən də 2000-ci ildə ölkəni tərk edənlər sırasında bölgələrdə yaşayanlar üstünlük təşkil edib.Qeyd olunan ildə 51 faiz şəhər, 49 faiz isə bölgələrdə yaşayan şəxslər ölkəni tərk edib.Açıqlanan hesabatda göstərilir ki, ölkəni tərk etmək istəyənlər arasında daha çox yaşlı nəsil üstünlük təşkil edib.65 yaşdan yuxarı olan şəxslər yaşamaq üçün daha çox xarici ölkələrə üz tutur.Hesabatda azərbaycanlıların daha çox üz tutduğu ölkələr sırasında Rusiya, Ukrayna, Qazaxıstan, Belarus və Özbəkistanın adı qeyd olunub. 2013-cü ilədək Rusiyaya 175 048, Ukraynaya 41 933, Qazaxıstana 20 272, Belarusa 15 582, Özbəkistana miqrant kimi gedən həmyerlilərimizin sayı isə 14 386 nəfər olub. Azərbaycanlıların qeyri-qanuni yollarla, qaçqın kimi getdikləri ölkələr sırasında Almaniya üstünlük təşkil edib.Hesabatda göstərilir ki, ölkəmizdə Almaniyaya gedənlərin sayı 2012-ci ilin sonunadək 6 min 575 nəfər olub. Təhsil yolu ilə ölkəni tərk edənlərin sayı 2013-cü ilin sonunadək 5 min 275 nəfər olub. Azərbaycanlılar təhsil almaq üçün daha çox müraciət etdikləri ölkələr sırasında Türkiyə, İngiltərə, Şimali İrlandiya, Rusiya və Almaniyanın adı hallanır. Qeyd olunan dövrdə təhsil almaq üçün Türkiyəyə 3 min 668, İngiltərəyə və Şimali İrlandiyaya 445, ABŞ-a 432, Almaniyaya 394, Gürcüstana isə 336 nəfər təhsil almaq üçün gedib.
 

Azərbaycanda nə qədər xarici işçi miqrant var?
 

Təkcə 2013-cü il üçün müvafiq qaydada müəyyənləşdirilmiş 12.000 kvota üzrə AzərbaycanRespublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 11.938 əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə iş icazəsi verilib. Amma əmək miqrantlarının sayı dəfələrlə bundan çoxdur. 2013-cü ildə Azərbaycana gələn təxminən 900 min əcnəbinin 47,3 faizi Rusiya Federasiyasının, 15,9 faizini Gürcüstanın, 11,5 faiz Türkiyənin, yerdə qalanı isə bütün qitələri əhatə etməklə ayrı-ayrı ölkələrin payına düşür. Avropa ölkələrinə gedən miqrantlar sırasında Azərbaycan, Suriya, Koreya və Filippin əhalisi ümumilikdə 9 faiz təşkil edir.Qeyd olunur ki, onların böyük əksəriyyəti 65 yaş və daha yuxarıdır.

Azərbaycanda 100 min miqrant

 

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda 100 mindən çox statusu bəlli olmayan şəxs yaşayır.50 mindən çox əcnəbinin ya etibarlılıq sənədi yoxdur, ya da sənədlərinin etibarlılıq müddəti keçib.Təkcə ötən ildə Azərbaycanda 1600 nəfər qaçqın statusu alıb. Bütün bu çətinliklərə baxmayaraq azərbaycanlıların rahatlıqla üz tutub yaşaya biləcəyi ölkələr də var. Bu ölkələrin sayı 62-dir:

Albaniya - vizasız

Kamboca - yerində verilir

Qvinea Bissau - yerində verilir

Madaqasqar - yerində

Antiqua Barbuda -vizasız

Cape Verde - yerində verilir

Haiti -vizasız

Malavi - yerində verilir

Ermənistan- vizasız

Kolumbiya - yerində verilir

İran- vizasız

Malaziya -vizasız

Bahams adaları- vizasız

Komor adaları - yerində verilir

İndoneziya- vizasız

Maldiv - yerində verilir

Banqladeş yerində verilir

Cubuti - yerində verilir

İordaniya - yerində verilir

Marşal adaları - yerində verilir

Barbados-vizasız

Dominikan - yerində verilir

Yamayka - yerində verilir

Mavritaniya - yerində verilir

Belarus - vizasız

Ekvador - yerində verilir

Qazaxıstan - vizasız

Mavrikiya - yerində verilir

Bolivia - vizasız

Misir - yerində verilir

Qırğızıstan - vizasız

Mikroneziya - yerində verilir

Bosniya və Hersoqavinya-

vizasız

Gürcüstan-vizasız

Livan- vizasız

Moldova-vizasız

Burundi - yerində verilir

Qrenada - yerində verilir

Makedoniya - vizasız

Monteneqro - vizasız

Mozambik - yerində verilir

Palem - yerində verilir

Seyşel - yerində verilir

Namibiya - vizasız

Fələstin- vizasız

Şri -Lanka - yerində

Nepal - yerində verilir

Rusiya- vizasız

Vinçent və Gredanines-vizasız

Nikaraqua - yerində verilir

Samoa- vizasız

Suriya - yerində verilir

Tacikistan - vizasız

Türkiyə - vizasız

Uqanda - yerində verilir

Vanuatu - vizasız

Tanzaniya - yerində verilir

Togo - yerində verilir

Ukrayna - vizasız

Timor Leste - yerində verilir

Tuvalu - yerində verilir

Özbəkistan - vizasız

Nigar Məhərrəm

Cebhe.info

 

09:41