Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt açıqlandı

“Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması istiqamətində aparılan işlərin bu il yekunlaşdırılması nəzərdə tutulub”.

Xudaferin.eu APA-ya istinadən xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əhmədov bildirib.

O qeyd edib ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin gələn ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulub.

Həmin sənədin vəsiqəsinin çipinə elektron imza sertifikatları tətbiq ediləcək.

Xudaferin.eu

18:11