Azərbaycanda yaşayan türklər AKP-ni dəstəkləmədi

 

Baxmayaraq ki, Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən İlham Əliyev oldu

Azərbaycan Respublikasında yaşayan Türkiyə vətəndaşlarının 61,69 faizi Ana Yasaya dəyişikliklərlə bağlı keçirilən referendum layihəsinin əleyhinə, 38,31 %-i isə lehinə səs veriblər. Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncə konsulluqlarında qurulan seçki qutularından çıxan bülletenlərin nəticəsi belədir. Azərbaycanda qeydiyyatda olan 6 min 279 nəfər türk seçicinin təqribən üçdən biri seçkidə iştirak edib, 1024 seçici “bəli”, 1649 seçici isə “xeyr” deyib.
 

İlk təbrik İlham Əliyevdən gəlib
 

Dünənki nəticələrdən sonra prezident Təyyub Ərdoğanı birinci təbrik edən şəxs İlham Əliyev olub. Ərdoğan da telefon danışığı zamanı onu dəstəklədiyi üçün İlham Əliyevə təşəkkürünü bildirib. Prezidentlər telefon danışığı zamanı iki ölkə arasındakı dostluq münasibətlərinin bütün sahələrdə inkişafa davam edəcəyini də söyləyiblər.

Hurriyyet.org

 

09:42