Azərbaycanda təkəl siyasəti yürüdənlərə ölüm “fərmanı”

Ölkədə təkəl (monopolist) siyasətini idarə edən məmurlara qarşı ölüm “fərmanı” malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə bağlı qanunvericilikdə yeni sistem tətbiq olunacaq. Belə ki, yeni sistem gömrükdə intizam və məsuliyyəti artıracaq, yerli və xarici vətəndaşların maneəsiz sərhəddən keçməsini təmin edəcək. Təklif olunan 13-1 maddəsinə görə, gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılması ilə bağlı yaşıl, mavi, sarı və qırmızı buraxılış sistemləri tətbiq olunur.

"Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə olunmaqla malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Layihə səsə qoyularaq qəbul edilib. Bu qərar ölkədə sahibkarlar üçün mühüm bir islahatdır. Bundan sonra məmurlara ölüm fərmanı olan sözügedən yenilik iş adamlarının daha sərbəst fəaliyyətinə şərait yaradacaq. Böhran dövründə belə bir addım atılmasına ciddi şəkildə ehtiyac var idi.  
Bir neçə gün qabaq da prezidentin vacib fərmanı korrupsioner və inhisarçı məmur təbəqəsinin belini qırmışdı. Dəyişikliyə əsasən Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində “daşınması” sözündən sonra “, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti” sözləri əlavə edilir. Bu maddədə qeyd edilən xidmətlərdən vergi sıfır (0) dərəcə ilə tutulur. İndiyədək tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti adi qaydada ƏDV-yə cəlb edilirdi.
Yeni mətndə göstərilir ki, tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətlərindən ƏDV 0 dərəcə ilə hesablanır. Ən əsası da vergi məmurları və inhisarçı şəbəkənin maraqları dəfn olunub. Prezident İlham Əliyevin son aylarda verdiyi fərmanlar məhz anti-böhran tədbirləri çərçivəsində həyata keçirilir və islahatlara yönəlik addımlardır. Sözügedən fərman da məhz vergilər naziri Fazil Məmmədovun əl-qolunu bağlayan qərarlardır. Əldə etdiyimiz məlumatlara görə, prosesin bundan sonra daha geniş miqyası alacağı gözlənilir. Eyni zamanda gömrükdə qeyri-qanuni fəaliyyət göstərmək istəyənlərin mövqelərinə zidd fərmandır. Bununla da prezident İ.Əliyev hakimiyyətdəki bəzi odioz və korrupsioner məmurların olan-qalan rüşvət almaq imkanarını da məhdudlaşdırır.

Xudaferin.eu

 

08:25