Azərbaycanda təhsillə bağlı yeni qanun layihəsi hazırlanır

 

AzərbaycandaPeşə təhsili haqqındaqanun layihəsinin hazırlanmasına başlanılıb. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, bununla bağlı komitə sədri İsa Həbibbəylinin rəhbərliyi ilə işçi qrupu yaradılıb. Deputat qeyd edib ki, işçi qrupunda Təhsil Nazirliyi və digər aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri təmsil olunurlar. B.Əliyev hesab edir ki, qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin müzakirəsinə təqdim olunacaq.

TREND IA

05:45