Azərbaycanda Qarabağı tələb etmək suç sayılır?!

Real TV-də dünən MirŞahinin Müdafiə Naziri Z.Həsənovla müsahibəsi efirə verildi. Müsahibədə nazir ordunun 70%-nin peşəkar zabit və gizirlərdən, müddətsiz hərbçilərdən, 10%-nin mülki adamlardan, 10%-dən çoxunun isə əsgərlərdən təşkil olunduğunu, maddi-texniki bazanın genişləndirilməsindən, hərbi təlimlərdən danışdı. Nəhayət, hamını narahat edən, gündəmdən düşməyən Şuşanı niyə vurmadınız sualına özünəməxsus cavab verərək Milli Məclisin deputatı, Baş Nazirin keçmiş müavini, alim 73 yaşlı Vahid Əhmədovu tərbiyəsiz adlandırmış, sən deyə müraciətinə irad tutmuşdur. Daha sonra keçirilmiş hərbi təlimin erməniləri qorxu və təşvişə düşdüklərini hərbi, strateji müttəfiqləri Rusiya olduğu halda birdən-birə 180 dərəcə dönərək ABŞ-ın Müdafiə Nazirliyinə, Dövlət Katibliyinə və senatorlara müraciət edərək Azərbaycanı dayandırmalarını istəməklərindən, keçirilən təlimlərdə tətbiq olunan yeni üsullar, taktikaları ABŞ ordusundakı təlimlərə bənzədir. Onda nazirə belə bir sual yaranır ki, dedikləriniz həqiqətdirsə bəs niyə anti-terror əməliyyatına başlamırsız? Axı ermənilər sizin təbirinizlə daha Rusiyadan kömək gözləmir, uzaq Amerikaya ümid bəsləyirlər.

Və nəhayət, müsahibədə nazir Şuşa niyə vurulmadı kəlməsini işlədən deputatı və bunu səsləndirən Xalqın əksər hissəsini avantürist adlandırdı, bunların məqsədinin nə olduğunu bildiyini MirŞahin də təsdiqlədi.

Avantürist sözü - fransız sözündən götürülüb, mənası macərapərəst, absurd ideyaların dalınca fikirləşmədən gedən insanlara deyilir. Deməli, bunların təbirincə torpaqlarının işğaldan azad edilməsini, məcburi qaçqın və köçkünlərin torpaqlarına qayıtmasını, anti-terror əməliyyatına başlanmasını və Paşinyanın Şuşada bayram keçirərək dəfələrlə yallı getməsinə qarşı çıxaraq Şuşa niyə vurulmadı deməsi avantüristlikdir, yəni xalqın kefi qalxıb macəra axtarır?

Xüsusi olaraq xudaferin.eu üçün

İlham Ismayil

23:13