Azərbaycanda ən böyük cəsus şəbəkəsi İrana aiddir

Azərbaycanda ən böyük cəsus şəbəkəsi İrana aiddir

Dünyanın şərqşünas alimlərinin elmi tədqiqatlarında qeyd olunur ki, Orta Şərqin daim qan çanağına dönməsinin əsil səbəbi din pərdəsi altında aparılan amansız müharibələr tarixin ən acı ironiyalarından biridir. Xüsusilə “İran faktoru” bu dəhşət saçan amansızlığa şahiddir. Harada “İranın barmağı” varsa, orada qan tökülür, qəddarcasına müharibələr yaşanılır. 1979-cu il “İran islam inqilabı”ndan sonra 40 ildir ötən müddətdə yaşanılan  proseslər də bunu təsdiq edir. “İran islam inqilabı”nın ixracı ideyası siyasətinin arxa baxçasında yer alan Fələstin, Suriya, Pakistan, Əfqanıstan, Liviya, Türkiyə, Yəmən, Küveyt və sair ölkələrdə təriqət savaşlarının pərdə arxasında “İran faktoru”nun olduğu  danılmaz bir həqiqətdir. Tehran molla rejiminin coğrafi nüfuz siyasətində bu gün “Qafqaz Masası” xüsusi önəm daşıyır. “Masa”nın əsas funksiyası Azərbaycan, Gürcüstan və Ermənistanda din pərdəsi altında güclü cəsus şəbəkələrinin yaradılmasıdır.

Cəsus yuvası “Hüseyniyyə”

 “Xudaferin.eu”nun “Tiflis Bürosu”nun elektron poçtuna İranın Azərbaycan Respublikası ilə bağlı 17 may 2017-ci il tarixdə daxil olan ilginc məlumatları yayınladığımızdan sonra, bu dəfə daha ağır və sanballı sənədlər əldə etmişik. “Tiflis Büro”muzla əlaqə saxlayan vətənpərvər dindar soydaşımız İrana bağlı “Dünya müsəlmanlarının ali dini lideri”nin Azərbaycandakı nümayəndəliyinin nəzarətində olan Bakıdakı “Hüseyniyyə” mərkəzinin fəaliyyətlərini ifşa edən sənədləri təqdim edib. Bu sənədlərdən bəlli olur ki, Azərbaycan vətəndaşı olan dindar əhalidən burada “xüms” və zəkat” adı altında toplanılan külli miqdarda pullar İranın cəsusluq siyasətinin hədəflərinə yönləndirilir.
Əldə etdiyimiz yeni sənədlər fars dilində olduğu üçün, bu dili bilən mütəxəssislərin köməyi ilə tərcümə etdirdik. Bu sənədlərdən bəlli olur ki, Tehran rejimi “din pərdəsi” altında Azərbaycanda cəsusluq şəbəkəsi yaradıb və onu idarə edir. Həmin sənədlərdən aydın görünür ki, 2011-ci ildə “Dünya müsəlmanlarının ali dini lideri”nin Azərbaycandakı nümayəndəliyinə 19 nəfər yerli dindar müraciət etmiş və onlara toplam 12 min 850 manat yardım olunmuşdur. Bununla yanaşı, 381 nəfərə İran yönlü dini təbliğatlar aparmaq üçün tələbə və ruhani din xadimlərinin hər birinə ayda 150 manat (200 dollar) məbləğində yardımlar edilmişdir. Bu sənədlərdən aydın olur ki, 250 nəfər ruhaniyə (molla) və tələbəyə 100-1000 manat arasında birdəfəlik maddi yardımlar edilibdir.
Bakıdakı “Hüseyniyyə” namazgahı faktiki olaraq, İranın əsas cəsus yuvalarından biri sayılır. Çünki, İrana bağlı olan və Azərbaycanın müxtəlif bölgələrindən paytaxta gələn əksər dindarların vəzifələrindən biri də “Hüseyniyyə” namazgahına təşrif gətirmələridir. Bunun əsas səbəbi isə, “Dünya müsəlmanlarının ali dini lideri”nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri höccətülislam İbadulla Ocaqnəjadın dini moizələrini dinləmək və eyni zamanda geri döndüklərində burada aldıqları təlimatlar əsasında təbliğatlar aparmaqdır. 2011-ci ildə “Hüseyniyyə” namazgahında 3200 nəfər dindardan “xüms” və “zəkat” adı altında külli miqdarda əldə vəsait olunmuşdur. Dəyərli oxucularımıza təqdim etdiyimiz sənədlərdən də aydın görünür ki, həmin vəsait din pərdəsi altında İranın yürütdüyü siyasi hədəfləri üçün istifadə olunmuşdur.
Apardığımız araşdırmalar zamanı bəlli olmuşdur ki, Azərbaycanın digər bölgələrində də din pərdəsi altında 1991-ci ildən üzü bu yana İran “səssiz savaş” düsturu ilə böyük bir şəbəkə yaradaraq, ölkədə ən böyük cəsus yuvalarını qurmuşdur. Sadə və mömin, dinə heç bir siyasi məqsədlə yanaşmayan insanlar tədricən Tehran rejiminin “paniranizm” və “panfarsizm” ideologiyasının əsirinə çevrilməklə İranın potensial cəsusları olduqlarının fərqinə belə varmamışlar. “Hüseyniyyə” namazgahının çevrəsində yaşanılan olaylar da sübut edir ki, bu mərkəz İranın cəsus yuvası hesab olunur. İbadulla Ocaqnəjaddan öncə bu mərkəzə rəhbərlik etmiş Ayətullah Sabir Həmədani daha öncə Türkiyədən rəsmi şəkildə qovulmuş birisi idi. Çünki, onun idarə etdiyi dini mərkəzin minarəsində Türkiyə gizli polisi nəhəng elektron avadanlıqları aşkar etmişdi. Həmin avadanlıqların cəsusluq məqsədi ilə istifadə olunması isə təkzib olunmaz sənədlər əsasında sübut edilmişdi. Bu olayla bağlı hətta Türkiyə-İran münasibətləri ən kritik böhran həddinə belə, çatmışdı. Olayın ardından Ayətullah Sabir Həmədani heç nə olmamış kimi, Türkiyədən dışlanılan zaman Bakıya təyin olunmuşdu. Yaşı ilə əlaqədar Tehrana döndükdən sonra, bu günə kimi Ayətullah Sabir Həmədaninin xüsusi olaraq yetişdirdiyi höccətülislam İbadulla Ocaqnəjad onu əvəz edir. Necə deyərlər, estafet “etibarlı əllər”də saxlanılır. Beləliklə  “Hüseyniyyə” namazgahının təməli necə qoyulubsa, fəaliyyətlərini davam etdirir. 

İranın “Hüseyniyyə” hədəflərinin arxa baxçası

Bakıdakı “Hüseyniyyə” namazgahını mərkəz seçməklə İran din pərdəsi altında cəsusluq şəbəkəsini qurmaqla əslində Azərbaycan Respublikasını mümkün qədər mövhumatçı və dini baxımdan geri qalmış düşüncə sistemini, dini refomların aparılmaması düzənini  formalaşdırıb. Ona görə də dini inanclı insanlarımız daim gözlərini İran ayətullaharının və digər din xadimlərinin şəriət hökmlərinə və fitvalarına dikməli olurlar. Beləliklə də hələ XI-XII yüzilliklərdə Səlcuqlu dönəmində təcrübədən keçirilən “panfarsizm” ideologiyası Azərbaycanın tam bağımsız bir dövlətə çevrilməsinə mane olur. 1979-cu il İran İslam İnqilabı sayəsində hakimiyyətə gələn dini-teokratik rejim qonşu ölkələrdə, özəlliklə də Suriya, İraq, Pakistan, Əfqanıstan, Bəhreyn, Livan, Küveyt, Türkiyə, Tacikstan və başqa dövlətlərdə özünün təsir vasitəsi dairəsini yaratmağa çalışmışlar. Harada İran islam ideologiyası varsa, orada idarə olunan və sonu bəlli olmayan münaqişələr və müharibələr yaşanılır. Sonucda ən çox qazanan tərəf, inkişaf edən məkan, güclü olan İran molla rejimidir. Heç də sir deyil ki, İraq, Livan, Suriya, Bəhreyn, Fələstin, Türkiyə, Əfqanıstan  və digər ölkələrdə daim körüklənən etnik münaqişələr, təriqət və məzhəblər arası savaş düzəni İrandakı teokratik rejim tərəfindən idarə olunur. Bu gün Azərbaycan və Gürcüstanda İran molla rejiminin qurmuş olduğu şəbəkələr, yəni cəsusluq sistemi də həmin məqsədlərə xidmət edir. Çünki, dini ideologiya düzəni İran yönlü insanların gəlir mənbəyi və yaşamaq sisteminə çevrilib. Oxucularımıza təqdim etdiyimiz sənədlərdən də aydın görünür ki, təkcə “Hüseyniyyə” namazgahının vasitəsilə İran bir ildə orta hesabla 700 min manat vəsaiti öz məqsədlərinə yönəltmişdir. Halbuki, Azərbaycan Respublikası üzrə belə mərkəzlərin sayı yüzdən çoxdur. Beləliklə məlum olur ki, İran öz məqsədləri üçün ildə azından toplam 50 milyon manatdan çox vəsaiti idarə edir. Buraya ziyarət və digər biznes şəbəkələrini aid etmirik. Bu vəsaitlər toplu halında öz vətəndaşlarımızın cibindən çıxır. Milli faciəmizin köklü səbəblərindən biri də budur. Alın tərimizlə əldə etdiyimiz vəsait İranın müfətxorcasına idarə etdiyi və “din pərdəsi” altında yürütdüyü hədəflərə xərclənir. Hələ bütün bunlar azmış kimi emosiyalara qapılan insanlarımız könüllü olaraq İran tərəfindən yönləndirilən “Suriya”, “İraq”, “Fələstin” və başqa idarə olunan böhranlı coğrafi məkanlarda “hezbollahçı” radikal dini savaşlarda iştirak edirlər. “Hüseyniyyə” manazgahının digər bir sirri də ondan ibarətdır ki, hər həftə cümə namazlarında iştirak edən höccətülislam İbadulla Ocaqnəjadın verdiyi fitvaların ardından Azərbaycanda İranın təsiri altında olan dindarlar fərqli davranışlar nümayiş etdirirlər. Bu məsələdə Gürcütsanda, özəlliklə də Borçalıda paralel forma və məzmunda dini siyasət müşahidə olunur. Redaksiyamıza “Hüseyniyyə” namazgahı ilə bağlı sənədləri təqdim edən dindar vətənpərvər soydaşımız bildirdi ki, İranın Azərbaycan və Gürcüstanda din pərdəsi altında yaratdığı bütün cəsus şəbəkələrinin bir vəzifəsi var. Bu, hər iki ölkənin ərazi bütünlüyünü təhdid altında saxlamaqdır. Belə olmasaydı, İran Ermənistanın strateji müttəfiqi kimi çıxış etməzdi. Çünki, dini baxımdan şəriət hökmləri və qərarların İranın verməsi səbəbindən dindarlarımız buna görə hərəkət edirlər.

Turqay Saburtala
Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

Otomatik alternatif metin yok.

Otomatik alternatif metin yok.

Otomatik alternatif metin yok.

Görüntünün olası içeriği: yazı

Otomatik alternatif metin yok.

Otomatik alternatif metin yok.

Otomatik alternatif metin yok.

14:25