Azərbaycanda kabel televiziyalarına yeni yasaq

 

"Xarici ölkələrlə bağlı reklamların yayımlanması yerli reklam bazarına birbaşa ziyan vurur. Buna görə də kabel şəbəkəsi ilə yayımlanan xarici kanalların reklamı məhdudlaşdırılır".

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu günki iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, 2002-ci ildə "Teleradio yayımı haqqında" qanun qəbul edildikdə kabel şəbəkəsi inkişaf etməmişdi. Ona görə də MTRŞ öz daxili imkanları hesabına bu sahəni tənzimləyirdi. N.Məhərrəmli deyib ki, lakin artıq bu sahədə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi baş verib. O qeyd edib ki, bu gün Azərbaycanda kabel şəbəkəsi yayımı ilə məşğul olan 17, internet üzərindən yayımla məşğul olan 15 hüquqi və fiziki şəxs var: "Bundan əlavə, kabel şəbəkəsi yayımı əvvəl Bakının bir hissəsini əhatə edirdisə, indi onun əhatə dairəsinə Sumqayıt, Mingəcevir şəhəri və s. daxil olub. Bundan başqa, əvvəllər kabel şəbəkəsi yayımı ilə yalnız 40-50 kanala baxılırdısa, indi bu kanalların sayı 100-ə çatıb. Teleradio yayımının yeni üsulu - internet üzərindən yayım yaranıb. Bu sahə o qədər sürətlə inkişaf edir ki, onun fəaliyyətinin tənzimlənməsinə ehtiyac var".

RePost.Az 

06:45