Azərbaycanda istədiyin adamı vur öldür və polis də səni qorusun

 

Kasıbları maşlnla vurub öldürən milyonçuların himayədarı olan polisdən şok açıqlama gəldi. Yol polisi adam vuran 14 yaşlı biznesmen oğlu ilə bağlı b elə açıqlama verdi: “Yıxılana balta vuran çox olar”

Ötən gün biznesmen oğlu, 14 yaşlı Ağaəli Fərəcov mayın 3-də qanunsuz olaraq idarə etdiyi "Porsche” markalı avtomobillə 24 yaşlı qadını vuraraq öldürüb. Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun "Neftçilər” stansiyası istiqamətinə gələn yolda məşhir biznesmenin 14 yaşlı oğlu Ağaəli Fərəcovun idarə etdiyi "Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub. Vəfat edən Xəyalə Məmmədova iki uşaq anası olub.

Diqqətçəkən məqamlardan biri də Ağaəli Fərəcovun paytaxt küçələrində “avtoşluq” etməsinə dair yayılan məlumatlardır. Belə ki, sosial şəbəkələrdə onun idarəetdiyi maşınla yol hərəkəti qaydalarını pozlamaqla yanaşı, həm də insan həyatı üçün təhlükəli bir vəziyyətdə avtomobil idarə etməsini sübut edən video görüntülər çoxlarının qəzəbinə səbəb olsa da, Azərbaycan polisi bütün bjunlara seyrçi mövqe sərgiləyib. Bütün bunlar azmış kimi, polis mümkün qədər bu tip informasiyaları ört-basdır etmək taktikası ilə hərəkət edir. Maraqlıdır, bu vaxtadək Dövlət Yol Polisi yeniyetmə “avtoş”la bağlı hər hansı məlumat daxil olubmu? Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov açıqlamasında şəxsin cəzalandırılacağını deyib: “Yaşından asılı olmayaraq baş verən xəta ilə əlaqədar araşdırma aparılır. Cinayət işi başlanılıb. Kimliyindən asılı olmayaraq xəta törədilibsə, cəza verilməlidir. Həmin şəxsə müəyyən məsuliyyətin tətbiqi nəzərdə tutulub”.

“Belə söz-söhbətlər gəzir ki, yaşına görə həmin şəxsə 180 gün həbs düşür, bu nə dərəcədə düzgündür?” sualına cavabında yol polisi rəsmisi “Yıxılana balta vuran çox olur. Maşının nömrəsini bilsəm, yoxlayaram. Elə-belə bu şəxsin idarə etdiyi avtomobil haqda hansısa bilgi verə bilmərəm” deyib.

DYP rəsmisi daha sonra isə açıqlamasında bildirib ki, avtomobilin nömrəsini bildiyi təqdirdə belə heç nə edə bilməyəcək: “Hazırda bu məsələni araşdırmağa imkanım yoxdur. İslam Olimpiya Oyunlarının təşkilat komitəsinin iclası ilə əlaqədar olaraq başımız qarşıqdır. Fasilədir, bu səbəbdən sualınızı cavablaya bildim”.  

V.Əsədov avtomobilin nömrəsinin araşdırılıb-araşdırılmadığı ilə bağlı sualımızı bu cür cavablandırıb: “Siz nə bilirsiz ki, bu avtomobilin nömrəsi araşdırılmayıb. Elə məsələlər var ki, onlar açıqlanmır, məxfilik qorunur. Mən yol polisində işləyirəm, rayon polis idarəsində deyiləm. Hadisə baş verən ərazinin rayon polis idarəsindən bu haqda öyrənə bilərsiniz”.
Bəli, 14 yaşlı milyonçu oğlunun qanunla avtomobil sürmək hüququ olmadığını nəzərə alaraq, 180 günlük həbs cəzası alacağını bildiyi üçün avtoşluq edərək insanları öldürə bilər. Belə qanunlar ancaq, Azərbaycan kimi avtoritar rejimlər üçün keçərli sayılar. Əgər rejimə qarşı müxalif baxışları olan və heç bir cinayət əməli törətməyən sıravi vətəndaş sosial şəbəkələrdə ən adi etirazdolu fikir söyləsə, onu azından 10 il həbs cazasının gözlədiyi də hər kəsə bəllidir. İnsan öldürmək, sonra da bunun məsuliyyəti üçün heç bir hüquqi əsasın olmadığı kimi ən ucuz cinayət məhz Azərbaycandadır.  

 

Nigar Məhərrəm

Cebhe.info

 

09:27