Azərbaycanda internetlə bağlı problem təsdiqləndi: Dünya üzrə sonuncu yerlərdən biri

 

Azərbaycan internetin sürətinə görə dünyada son sıralardadır. İnternetsociety.org saytı bu haqda məlumat yayımlayıb.

İlk üçlükdə Sinqapur, Honq-Konq və Ruminiya qərarlaşıb. Endirmə sürəti (smaterialı) 97.67, yükləmə sürəti (səhifəni, saytı) isə 78.69-dur. Maraqlıdır ki, dünyanın ən inkişaf etmiş ölkəsi olan, əcnəbilər üçün ideal ölkı hesab edilən Kanada da siyahıda geridə-34-cü pillədə qərarlaşıb. Liviya, Zambia, Qana, Dominika, Ekvador, Nigeriya kimi ölkələr Azərbaycandan ön sırada qərarlaşıb. Hətta Cənubi Afrika 92, İraq 95, Hindistan 96-cı yerdədir. Türkiyə isə bu siyahıda 59-cudur-12.4 yükləmə sürəti, 3.5 isə yeniləmə sürətidir. Ermənistan siyahıda 53-cü yerdə qərar tutub. Bu ölkədə 13.99 yükləmə sürəti, 9.95 isə yeniləmə sürətidir. Qonşu Rusiya isə 29-cu yerdə qərarlaşıb. Azərbaycan siyahıda 111-ci yerdə dayanır. Yükləmə sürəti 4.92, yeniləmə sürəti 3.17-dir. 143 ölkədən ibarət olan siyahıda İran 115-ci yerdə qərarlaşıb.

 

Nigar Məhərrəm

Cebhe.info

 

09:16