Azərbaycanda illik inflyasiya 13%-i keçib

 

Bu ilin mart ayında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri fevral ayına nisbətən 1,6%, 2017-ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 13,2% artıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
 

Cari ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri fevral ayına nisbətən 3,1%, 2017-ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 17,0% artıb. Hesabat ayında qeyri-ərzaq məhsullarının qiymətləri fevrala nisbətən 0,6%, bu ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 12,6% bahalaşıb. Mart ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri fevrala nisbətən 0,5%, I rübdə əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 8,6% artıb.

Qeyd edək ki, cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 1,6%, 2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5% yüksəlib.

Muxalifet.az

06:30