Azərbaycanda beyin axını yaşanır

 

Bu yaxınlarda Opendemocracy.net-də Arzu Qeybullayevanın "Azərbaycan 'beyinlərini' necə itirir" adlı məqaləsi dərc olunub. Məqalənin ixtisarlı xülasəsini təqdim edirik:

Azərbaycanda uzun zamandır iqtisadi böhran yaşanır və avtoritar Əliyev rejimi bu böhranı aradan qaldıra bilmir. Korrupsiya və qohumbazlığın normal bir hal olduğu ölkədə zəhmət və savad kara gəlmir. Bu səbəbdən də bir çox vətəndaş, o cümlədən yüksək təhsilli gənclər, daha yaxşı həyat sorağında başqa ölkələrə üz tutur.

Korrupsiya və qohumbazlığın normal bir hal olduğu ölkədə zəhmət və savad kara gəlmir. 2006-cı ildə prezident İlham Əliyev 5 min tələbə üçün xaricdə təhsil proqramının tətbiqinə dair sərəncam imzalamışdı. Proqram Azərbaycan Dövlət Neft Şirkəti SOCAR tərəfindən maliyyələşdirilir, Təhsil Nazirliyi ilə Tələbə Qəlbulu Üzrə Dövlət Komitəsi tərəfindən nəzarət olunurdu. O zaman Azərbaycan höküməti proqam sayəsində xaricə göndərilən tələbələrin sədaqətini qazanacağına inanırdı. Lakin bu gözlənitlər qısaömürlü oldu. Bir azərbaycanlı alimin dediyinə görə, “əksinə - xaricdə sosial və siyasi elm sahəsində təhsil alan tələbələr hökümətin siyasətini tənqid etməyə başladılar”.

Bundan əlavə, həmin il SOCAR mühəndislik, insan resursları və hüquq sahəsində oxumaq istəyən tələbələri maliyyə dəstəyi ilə təmin edən təqaüd proqramına start vermişdi. Lakin proqramın bir şərti ondan ibarət idi ki, təhsil müddətləri bitdikdən sorna bu tələbələr geri dönüb, beş il Azərbaycanda işləməli idi. 2008-ci ildə keçirilən prezident seçkiləri və 2009-da keçirilən referendumdan sonra hakimiyyət müxalif səsləri boğmağa başladı. Dünyagörüşü olan təhsilli dövlət rəsmilərinin əvəzinə Azərbaycanda yeganə işləri avtokratların hakimiyyətdə qalmasını təmin etmək olan bir sıra texnokrat mövcuddur.

Hökümət qonşu İran, daha sonra isə Ərəb Baharı zaman baş verənləri nəzərə alaraq, sosial medianın iğtişaşlara səbəb olacağından qorxurdu. Bu səbəbdən də təqaüd proqramına dəyişikliklər edildi. Bununla da, iqtisadiyyat, hüquq və politologiya sahələri təhsil planından çıxarıldı və diqqət fizika, kimya və antropologiyaya yönəldildi. Lakin oxuduqları sahədən asılı olmayaraq, Qərb təhsili olan gənclər nadir hallarda Azərbaycan hökümətində yüksək vəzifəli işlərlə təmin olunur. BMT-nin Qaçqınlar üzrə Şurasının verdiyi məlumata görə, 2016-cı ilin iyun ayının 30-na aid statistikaya əsasən, 5.959 Azərbaycan vətəndaşı başqa ölkələrdə sığınacaq üçün müraciət edib, 11.160 nəfər isə qaçqın statusu ilə yaşayır. 2015-ci ildə bu göstəricilər 5.230 və 9.712 idi. Təbii ki, beyin axınını yalnız kiçik bir hissəsi siyasi motivli emiqrasiyadır və ölkəni tərk edən azərbaycanlıların çoxu da siyasi sığınacaq tələb etmir, amma bu cür immiqrasiyanın artması da narahatlıq doğurmalıdır.
Azərbaycan hökumətində təmsil olunan adamların əksəriyyəti sovet təhsilli yaşlı şəxslərdir. Qərb təhsilli adamlar adətən yüksək eşelonlardan üzaq saxlanılır. Azərbaycan hökumətində təmsil olunan adamların əksəriyyəti sovet təhsilli yaşlı şəxslərdir. Qərb təhsilli adamlar adətən yüksək eşelonlardan üzaq saxlanılır. 2014-cü ildə Azərbaycan höküməti vətəndaş haqları fəalları, jurnalistlər və insan haqları fəallarına qarşı təqiblərə başladı. Hökümət QHT-lərlə bağlı qanunlara dəyişkiliklər etdi və aprel ayında onlara qarşı cinayət işləri açıldı. Bir çox beynəlxalq QHT və onların yerli partnyorlarının fəaliyyətləri dayandırıldı. Açıq Cəmiyyət Fondu, IREX və NDI kimi bir çox təşkilat ölkədən çıxarıldı. Bu yaxınlarda “Azadlıq Radiosu”na müsahibə verən jurnalist Rauf Mirqədirov deyib ki, hər kəs gec-tez təqib olunmadan rahat yaşamaq istəyir. O, öz nəslindən olan insanların ölkəni tərk etmələrini bununla izah edir. Mirəqdirov gənc insanların da ölkədən getməsindən narahatdır, çünki onun fikrincə bu, Azərbaycanın gələcəyi üçün heç yaxşı hal deyil.

Azərbaycanda ailələri və övladları üçün daha yaxşı imkanlar axtarışında ölkəni tərk etməyi planlaşdıran və ya artıq tərk edən orta sinifə aid, 30 və ya 40 yaşlarında təhsilli insan çoxdur. İşçi sinifindən olan insanlar xarici dil bilmədiyi və ali təhsilləri olmadığı üçün onların gedə biləcəkləri ölkələrin siyahısı çox qısadır. Adətən isə bu, bir neçə yüz min və ya hətta milyonlarla azərbaycanlının yaşadığı Rusiya olur. Oradakı həyata uyğunlaşmaq daha asandır və çoxlarının orada qohum və ya tanışları var. Amma bu demək deyil ki, işçi sinfi bir tək Rusiyaya üz tutur.

Azərbaycanlıların çoxu elemntar da olsa rusca bilir. Amma köhnə Sövet məkanından çıxmaq istəyənlər üçün dil çox böyük əngəldir. Əgər azərbaycanlılar ikinci dil olaraq rus dili əvəzinə ingliscə öyrənsəydilər, daha çox insan Aİ, ABŞ və ya Kanadaya üz tutardı.

2013-cü ildə 40 yaşlı xarizmatik Mikayıl Cabbarov 70 yaşlı Misir Mərdanovu əvəzləyərək təhsil naizir təyin olundu. Lakin bununla heç bir şey dəyişmədi. Azərbaycanın təhsil sistemi korrupsiya və köhnəlmiş tədris üslubu sayəsində pis vəziyyətdə qalmağa davam edir. Qərb təhsilli Mikayıl Cabbarovun təhsil naziri olması ölkənin təhsil proqramında əsaslı dəyişikliklə müşayiət olunmayıb. Dərsliklər və ümumilikdə təhsil strukturu sovet dönəminin düşüncə tərzini əks etdirir. Pis keyfiyyət və ali təhsil sistemində müstəqilliyin olmaması gənc tələbələri Azərbaycandan uzaqlaşdırır. Hazırda xaricdə təhsil proqramının vebsaytında dəstəklənən sahələr arasında heç bir siyasi və ya sosial elm yer almır.

Siyasi təhlilçi Leyla Əliyevanın sözlərinə görə, Azərbaycandakı beyin axının əsas səbəbi nepotizmdir. “Dünyagörüşü olan təhsilli dövlət rəsmilərinin əvəzinə Azərbaycanda yeganə işləri avtokratların hakimiyyətdə qalmasını təmin etmək olan bir sıra texnokrat mövcuddur,” deyə o bildirir.

Dünyagörüşü olan təhsilli dövlət rəsmilərinin əvəzinə Azərbaycanda yeganə işləri avtokratların hakimiyyətdə qalmasını təmin etmək olan bir sıra texnokrat mövcuddur.

Dövlətin vətəndaşların siyasətdən uzaq durmaları müqabilində onları yüksələn yaşayış standartları ilə təmin edəcəyini ehtiva edən köhnəlmiş ictimai müqavilə artıq davamsız hal alır. Rejim təqibləri artırır, cəmiyyətə nəzarətini sərtləşdirir. Digər tərəfdən valyuta devalvasiyasından sonra dolanışıq şəraiti xeyli pisləşib. Reallıq ondan ibarətdir ki, xarici dil bilən, xaricdəki imkanlardan agah olan, rüşvət verməkdən, susmaqdan təngə gələn azərbaycanlılar daha yaxşı həyat axtarışında ölkəni tərk edir. Vətəni tərk etmək heç də asan deyil, amma təhsilli gənc azərbaycanlılar üçün də vətəndəki imkanlar xeyli məhduddur.

Amerikaninsesi.org

09:55