“Azərbaycanda alman mədəniyyəti irsinin izləri” mövzusunda növbəti elmi seminar

 

Dünyaşöhrətli Maestro Niyazinin ev-muzeyinin və Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzinin birgə təşkilatçılığı ilə “Mədəniyyət naminə elm” adlı layihə çərçivəsində “Azərbaycanda alman mədəniyyəti irsinin izləri” mövzusunda növbəti elmi seminar keçirilib.

Seminarda mərkəzin direktoru Asif Usubəliyev Azərbaycan ərazisinə almanların köçürülməsindən və alman məskənlərinin salınmasından 200 il ötdüyünü bildirib.

O deyib: “Ölkə prezidentinin 30 avqust 2016-cı il tarixli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" imzaladığı Sərəncam Azərbaycanda tarixi irsə diqqət və qayğını, respublikada alman mədəniyyət abidələrinin dövlət səviyyəsində qorunması və bərpasını, ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətini mövcudluğunu bildirir”.

Seminarda muzeyin elmi-kütləvi şöbəsinin müdiri Xanım Abdinova, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi tarix elmlər doktoru İkram Ağasiyev almanların Cənubi Qafqazda və Azərbaycanda hansı səbəblərdən məskunlaşmasından, onların mədəniyyətindən, dilindən, dinindən, adət-ənənələrindən, iqtisadi və məişət həyatından söhbət açıblar. Çıxış edənlər almanların Azərbaycanın hansı regionlarında məskunlaşmasından, fəaliyyətindən, alman tarixi-mədəni abidələrindən danışıblar.

Xudaferin.eu
“Bakı Bürosu”

 

09:22