Azərbaycana təhlükə: Qafqazda İŞİD “küləyi”

Rusiyanın Çeçenistanın paytaxtı Qroznıda İŞİD terror təşkilatı əleyhinə kütləvi mitinq keçirilib.Mitinqi İŞİD üzvü olan şəxslərin valideynləri təşkil edib.Mitinq iştirakçıları gəncləri İŞİD-in təbliğatına diqqət yetirməməyə çağırıblar.Etiraz aksiyası bir neçə saat davam edib.Mitinqin sonunda İŞİD rəmzləri və terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadinin portretləri yandırılıb. Rusiyanın yerli KİV-lərində yayılan məlumatlara görə, Suriyada İŞİD sıralarında döyüşən Şimali Qafqazdan olan militanların geri qayıtmaları bölgədə gərginlik yaradıb.Mənbələr geri qayıdan İŞİD-çilərin bu terror təşkilatının “Qafqaz Əmirliyi” qolunda fəaliyyətlərini davam etdirdiklərini bildirirlər.İddiaya görə, tədricən Şimali Qafqazda kök atan İŞİD Rusiya və bütöv regionu təhdid altında saxlayır.Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) hesabatına görə, Şimali Qafqazdan (Çeçenistan, Dağıstan, İnquşetiya) İŞİD sıralarında 6 mindən çox vətəndaş döyüşür.

Raqqadan əmr

Rusiyanın bir sıra media qurumlarında yayılmış sensasion iddia bununla bağlıdır ki, Çeçenistana geri qayıdan İŞİD militanları burada heç bir təzyiqlə qarşılaşmırlar və həbs olunmurlar.Həmin mənbələr iddia edirlər ki, Çeçenistan prezidenti Ramzan Kadırov çeçenlərin Suriyaya gedərək İŞİD-ə qoşulmalarına, geri qayıdanlara da öz fəaliyyətlərini burada davam etdirmələrinə şərait yaradır.Lakin bu iddiaların yayılmasından sonra Çeçenistan Daxili İşlər Nazirliyi geri qayıdan İŞİD-çilərin həbs olunduqları barədə hesabat yaydı.Bir sıra mənbələr də Kadırovun bilərəkdən çeçenlərin terror təşkilatına qoşulmalarına şərait yaratdığını bildirirlər.Hesab olunur ki, Suriyaya döyüşmək üçün getmək istəyənlərə “yaşıl işıq” yandıran Ramzan Kadırov İŞİD-ə qoşulanlara geri qayıtmamaq əmrini verib.Belə ki, bununla çeçen lider Çeçenistanda Rusiyaya qarşı döyüşən militanları bölgədən uzaqlaşdırır. Lakin nəzarətdən çıxmış “Qafqaz Əmirliyi”nin Raqqadan gələn xəbərlə artıq başqa strategiya seçdiyi, öz fəaliyyətini genişləndirdiyi deyilir.

Türk və rus mənbələrdən sensasion iddia

Türkiyə və Rusiya KİV-lərində Şimali Qafqazda baş verənlərlə bağlı yaydığı məlumat Azərbaycanı da narahat etməlidir.Belə ki, türk və rus mənbələr Orta Asiya və Şimali Qafqazdan Suriyaya getmək istəyən militanların tranzit ölkələr kimi Azərbaycan, Türkiyə, Gürcüstan və Kiprdən istifadə etməyə çalışdıqlarını bildirirlər.Ən qorxulu iddia isə budur ki, 2016-cı ilin son aylarından Şimali Qafqaz, Orta Asiya və Azərbaycandan olan və kamikadze kimi yetişdirilmiş İŞİD-çilər geri qaytarılırlar.Rusiya KİV-ləri iddia edirlər ki, Suriyada bununla bağlı 20-25 arasında dəyişən xüsusi qruplaşmalar yaradılıb. Hələ 2016-cı ilin iyul ayında Türkiyə kəşfiyyatı o məlumatı da yaymışdı ki, İŞİD Türkiyə, Şimali Qafqaz və Azərbaycanda terror aksiyalarına başlamaq barədə qərar qəbul edib və bu məqsədlə yaratdığı qruplaşmaları bölgəyə göndərməyə başlayıb. Şimali Qafqazda İŞİD qorxusunun yenidən baş qaldırmasından sonra mediaya o məlumatlar da sızıdırılır ki, terror təşkilatının hazırladığı “canlı bomba” qruplaşmalarının yerləşmə yeri Şimali Qafqazdır.Ehtimallara görə, terror təşkilatı məhz Şimali Qafqazdan bu qruplaşmaları aid olduqları ölkələr, o cümlədən, region üzrə bölüşdürməyə çalışacaq.Son günlərdə Çeçenistanda məsələ ətrafında artan gərginlikdə bununla izah edilir.

“Şimal sərhədlərinə nəzarət gücləndirilməlidir”

Politoloq Arzu Nağıyev “Cümhuriyət”ə bildirib ki, İŞİD-in Şimali Qafqazdakı varlığı Azərbaycanı da təhdid edir. O, Azərbaycan sərhədləri yaxınlığındakı bütün təhlükəli məqamların ölkəmiz üçün təhdid olduğunu diqqətə çatdırıb: “Azərbaycan sərhədləri yaxınlığında baş verən proseslər bizə qarşı yaranmış təhdidlərdən biri ola blər. Bizim Şimal sərhədlərimizdə - Şimali Qafqazda İŞİD-in özü olmasa da, bu terror təşkilatına biət etmiş dini və silahlı radikal qruplaşmalar var. Buna görə də həmişə xüsusi xidmət və hüquq mühafizə orqanları bölgədə aktiv fəaliyyətdədirlər, vəziyyətə nəzarət edirlər. Çeçenistan və digər dövlətlərdən bir sıra təhdidedici bəyanatlar verilir ki, bunlar artıq adi hala çevrilib.Son vaxtlarda ABŞ və Rusiya arasında yaranmış təzadlı məqamlar bir daha İŞİD-in Qərb tərəfindən idarə olunduğuna siqnaldır.Bu məsələlərdə də İŞİD-dən vasitə kimi istifadə edənlər var. Rusiya xüsusi xidmət orqanları da bu işdə ABŞ-ı günahlandımağa başlayıblar.Təbii ki, İŞİD-in dolayı yolla Şimali Qafazdakı varlığı Azərbaycan üçün heç də xoş deyil. Onu da unutmaq lazım deyil ki, Rusiyanın 11 muxtar respublikasının 11-i islam inanclıdır. Bunlar da istənilən vaxt Rusiyaya qarşı addım ata bilərlər.Bizim həmin respublikalarla müsbət məcrada olan münasibətlərimiz var. Hüquq mühafizə və digər təhlükəsizlik strukturları da regionda baş verənləri nəzərə alaraq, şimal sərhədlərimizdə öz fəaliyyətlərini daha da gücləndirməlidirlər”.

Mənsur
Cebhe.info

10:33