Azərbaycan ziyalıları Avropada bir araya gəlirlər

Bu gün Rotterdamda Avropada "Azərbaycanın Dostları" cəmiyyətinin sədri Elman Mustafazadə ilə tanınmış hüquqşunas Ataxan Bəy Əbilovun işgüzar görüşü baş tutub. Üç saat davam edən görüşdə Vətənimizin bu gün üzləşdiyi ağrılı probləmlər, o cümlədən, Avropanın siyasi elitasında Azərbaycan Dövlətinə və hökumətinə münasibətin hazırkı vəziyyəti, Azərbaycandan beyin axını, Dövlətçilik və Vətənçilik ətrafında Azərbaycanın Dostlarının Birliyi, Avropada Qarabağ həqiqətlərinin təbliği, saxta mühacirliklə mübarizə və digər məsələlər müzakirə predmeti oldu.
Elman Mustafazadə həmçinin bildirib ki, Avropada yaşayan Azərbaycan ziyalıları ilə görüşlər davamlı olacaq.

Xudaferin.eu

22:55