Azərbaycan zəfər qazanmaqla gücünü dosta da, düşmənə də göstərdi

Azərbaycan Ordusu böyük zəfər qazandı. Azərbaycan gücünü dosta da, düşmənə də göstərdi.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu noyabrın 12-də keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Azərbaycanın qələbəsini Türkiyədə də hər kəs paylaşdı.

Mövlud Çavuşoğlu şəhidlərə, mülki əhali arasında həlak olanlara Allahdan rəhmət diləyib.

Nazir deyib ki, Ermənistan bundan əvvəl 3 dəfə atəşkəsi pozdu, nəticəsini gördü. Yenə pozarlarsa, yenə də ağır nəticəsini görərlər. Buna qədər Azərbaycan çox səbir etdi, bundan sonra seçim Ermənistanındır. Ermənistan bölgədə sabitlik əldə olunandan sonra bundan necə faydalanacaq, o barədə düşünməlidir.

 

Xudaferin.eu

11:30