“Azərbaycan yurdum mənim” rəqs-tamaşası

 

“Gəncliyin səsi” festivalı çərçivəsində Gənc Tamaşaçılar Teatrında Bakı Xoreoqrafiya Akademiyasının təqdimatında “Azərbaycan yurdum mənim” rəqs-tamaşa nümayiş olunub. Rəqs-tamaşa 16 rəqsdən ibarət olaraq, Azərbaycanda yaşayan bir çox azsaylı xalqların rəqslərini, o cümlədən “Qobustan”, “Sarı gəlin”, “Cəngi”, “Qazağı”, “Uzundərə”, “Qaytağı” və digər rəqsləri özündə cəmləşdirib.

Tamaşanın müəllim-xoreoqrafları Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Kamilə Əliyeva, xalq artisti Yusif Qasımov, əməkdar artistlər Səbinə Qasımova və Sənan Hüseynlidir. Rəqs-tamaşada Bakı Xoreoqrafiya Akademiyasının tam orta, orta ixtisas, bakalavr və magistratura pillələrinin tələbələri iştirak edib.
Qeyd edək ki, “Gəncliyin səsi” festivalı Mədəniyyət və Turizm Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) birgə təşkilatçılığı ilə reallaşıb.

 

Xudaferin.eu

 

09:57