Azərbaycan xarici vətəndaşları Dağlıq Qarabağda keçiriləcək konfransda iştirak etməməyə çağırır

 

Azərbaycan Xarici İşlər Nazirliyi xarici ölkələri öz vətəndaşlarının sentyabrın 13-dən 15-dək İrəvan və Qarabağda keçirilməsi planlaşdırılan beynəlxalq konfransda iştirakına yol verməməyə çağırıb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, “Tibdə reabilitasiyanın müasir aspektləri” adlı konfransa Rusiya, Çexiya, Tacikistan, Almaniya, Özbəkistan və Gürcüstandan mütəxəssislər dəvət olunub. “Ermənistan bu konfransı işğal olunmuş Azərbaycan ərazilərində təşkil etməklə qanunsuz rejimi təbliğ etmək məqsədi daşıyan növbəti siyasi təxribatı planlaşdırır”, Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi xarici vətəndaşları işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfərlərdən çəkinməyə çağırır, bunun hüquqi məsuliyyət yaradacağını xatırladır.

Amerikaninsesi.org

06:45