Azərbaycan və Türkiyə prezidentlərinin Qarabağa səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Prezident İlham Əliyevin qardaş ölkənin dövlət başçısını Füzulidə qarşılaması, ölkə başçılarının Şuşaya birgə səfər etmələri və burada keçirilən tədbirlərdə iştirakları, eləcə də söylədikləri fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Gürcüstanın interpressnews.ge report.ge, 24news.ge, kavkasia.net, interpress.ge, aktual.ge, informasiya portalları, paltranews, 1tv.ge, rustavi2.tv televiziya kanalları Azərbaycan, rus, ingilis və gürcü dillərində silsilə materiallar yayıblar.

Materiallarda Azərbaycan və Türkiyə prezidentlərinin region və dünya ölkələrinə verdikləri mesajlar xüsusi qeyd olunub.

Xətayi Əzizov

Xudaferin.eu


 

10:29