Azərbaycan və Dağıstan ziyalılarının görüşü keçirilib

 

 

Dağıstanın Dərbənd şəhərində Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin bir qrup üzvləri, ictimai xadimlər, şairlər, pedaqoqlar və həkimlərlə görüş keçirilib. Dərbənd Mərkəzi Kitabxanasının, “Gülüstan” Ədəbiyyatçilar İttifaqının, “Qafqaz Media” İctimai Birliyi (İB) və “Bayat” Ədəbi Birliyinin dəstəyi ilə keçirilən görüşdə əvvəlcə aprel döyüşlərində şəhid olan əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbiri giriş sözü ilə ictimai xadim Gülpəri Mirzəbalayeva açaraq tarixi köklərə əsaslanan dostluq münasibətlərindən danışıb. Mərkəzi kitabxananın direktoru Diana Əliyeva qonaqları salamlayıb, Dərbənd yazarlarının antologiyasını onlara hədiyyə edib.

Tədbirdə tanınmış şair, “Gülüstan” Ədəbiyyatçılar İttifaqının sədri Tahir Saleh bu dostluğun əbədi olduğunu vurğulayıb. İB-nin sədri Azadə Taleh, “Bayat” Ədəbi Birliyinin rəhbəri Qabil Ədalət və başqaları görüşün keçirilməsində əməyi olanlara minnətdarlıqlarını bildiriblər. Sonda qarşılıqlı diplomlar təqdim olunub.

Xudaferin.eu
“Dərbənd Bürosu”

20:34