"Azərbaycan tarixində Tahirə Zərrintac" tədbiri keçirildi

Tahirə Zərrintac Azərbaycan tarixinin ən mübahisəli qadını olmaqla yanaşı, şairə, aktivist, alim, müəllim, mistik və nəhayət, şəhid olan bu xanım 19-cu əsrin ortalarında xalqını heyrətə salmış və öz dövrünün əfsanəsinə çevrilmişdir. O, ənənəvi şəriət qaydalarına meydan oxumuş, kişi və qadın bərabərliyini nümayiş etdirməklə yeni ictimai nizam elan etmişdir. Nəhayət, Qacar-İran dövlətinin və ruhanilərinin qəzəb və qınağına tuş gələrək 1852-ci ildə kafir kimi edam edilmişdir.
“Daha çox Tahirə kimi tanınan şairə, yazıçı, insanlar və insanlığın yüksəlişi naminə əhəmiyyətli olduğuna inandığı iş üçün yaşayan və ölən bu görkəmli  qadın – Qürrətül-Eyn adı ilə də tarix salnamələrində bənzərsiz bir şəxsiyyət kimi tanınır. O, cəsur, şücaətli, namuslu idi və doğru hesab etmədiyinə `yox` demək cəsarətinə və dürüstlüyünə malik idi. O, əsrlərlə yaşamış ziyanlı ənənələrə meydan oxudu və öz ölkəsinin qadınlarının azadılğı üçün əməli addımlar atdı, onlara şərəfə, azadlığa və firavanlığa çatmağın yeni yollarını göstərdi. 
...O, kişi və qadın arasında bərabərlik bayrağının qaldıran və üzündən örtüyü götürən ilk qadın oldu. 
...Tahirənin özünü bir missiyaya həsr etməsi, təmənnasız fədakarlığı, sönməz həqiqət yanğısı, dünyəvi təmtəraqdan bənzərsiz imtinası, şeir və etüdlərdə ifadə etdiyi fikirlər, təqdim etdiyi inqilabi model Şərqdə və Qərbdə neçə-neçə nəslə mənsub milyonlarla insanı ilhamlandırdı. Tədqiqatçılar Tahirə Zərrintac Qürrətül-Eynin şəxsiyyəti, müjdəsi və əsərləri haqda çoxlu dillərdə əsərlər və oçerklər yazmışlar. O, bütün dünyada şairlərə, yazıçılara və sosial islahatçılara ilham vermişdir. Qürrətül-Eyn məqsədi qadınların təhsili, hüquqları və inkişafı olan çoxlu hərəkatlar üçün bir model olmuşdur.
... Dünyanın hər yerində qadınlar öz hüquqları və cəmiyyətdə mövqeləri uğrunda hələ də mübarizə apararkən, mən inanıram ki, Tahirənin həyatı və fəaliyyəti onların çoxu üçün təşviq, rəhbərlik və ilham mənbəyi kimi xidmət edəcəkdir.”
Tahirə Zərrintac haqqında deyilmiş bu qiymətli fikirlər görkəmli Pakistan yazıçısı və araşdırmaçısı Sabir Afaqiyə aiddir. Bundan əlavə Tahirənin  ilk bioqrafiyası amerikalı yazar Marta Rut tərəfindən qələmə alınmışdır. “Pak Tahirə” adlananbukitab ilk dəfə 1938-ci ildəKaraçidəçapolunmuşdur. O vaxtdanbəriTahirəQürrətül-EynhaqqındaAzərbaycan, fars, ingilis, urdu, italyan, alman, ərəb, fransız, afrikan, rus, polyak, Holland, türkdillərində, Yeni Kaledoniyadan, Braziliyaya qədər, İsveçdən Cənubi Afrikaya qədər bir sıra ölkələrdə çoxlu kitab və məqalələr yazılıb dərc edilmişdir. 
Maraqlıdırki, ABŞ-da Qadınların İnkişafı naminə Tahirə Asossiasiyası, Tahirə Ədalət Mərkəzi, Braziliyada Tahirə Təhsil Kollegiyası kimi qurumlar fəaliyyət göstərir.
Dünyanın tanıdığı, öyrənib araşdırdığı Tahirə vətəni Azərbaycanda nə qədər tanınır? Öz doğma Azərbaycan xalqının gəncləri arasında nə qədər öyrənilir? Azərbaycan cəmiyyəti Tahirə Zərrintacın qarşıda gələn 200 illiyinə necə hazırlaşır?
Bu kimi sualların cavabı hələki ürək açan deyil.Ötən 25 illik müstəqilliyimiz ərzində biz hələ də köləliyin qaranlığına düşürülmüş böyük tarixi şəxsiyyətlərimizə sahib çıxa bilməmişik.
Tahirə Zərrintacın tanıtımını həyata keçirən “Yeni Nəsil Qadın Koalisiyası” öz növbəti tədbirini qadın azadlığı və hüquqları uğrunda mübarizə aparmış bu görkəmli şəxsiyyətə həsr edib.
Avrasiya Əməkdaşlıq Fondunun dəstəklədiyi, Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin həyata keçirdiyi proqram gənc ictimai fəal xanımların bilik və bacarıqlarının artırılmasına, onların tanıtımına və vəkilliklərinin  həyata keçirilməsinə dəstək verir.
Eləcə də bu proqram çərçivəsində gənc fəalların görkəmli ziyalılar, elm adamları, iştimai liderlərlə görüşləri və tariximizin şanlı şəxsiyyətləri ilə tanışlıqları davam etməkdədir.

Xudaferin.eu


 

 

19:52