Azərbaycan Tarixinə Və Mədəniyyətinə Ağır İtki Üz Verib

Bu gün Bütöv Azərbaycan Ocaqları olaraq çox ağır bir xəbər aldıq. Bütöv Azərbaycan Ocaqlarının üzvü, tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent, 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuş DİLAVƏR MİRZƏKİŞİ OĞLU ƏZİMLİ vəfat edib. Azərbaycan Dostları Cəmiyyəti Xudaferin.eu kollektivi adından dəyərli ziyalımız, əqidədaşımız Dilavər Əzimliyə Allahdan rəhmət diləyir, başda həyat yoldaşı, tanınmış jurnalist Arzu xanım Qazıyeva olmaqla ailəsinə, yaxınlarına, Bütöv Azərbaycançılara, Dilavər bəyi tanıyan və sevən hər kəsə, elmi-pedaqoji ictimaiyyətə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun.

Xudaferin.eu

14:50