Azərbaycan Qadını və Cümhuriyyət

28 may 2019 - Azərbaycan Qadınının bulvara ayaq basmasının 100-cü il dönümüdür. Düz 100 il öncə, 28 may 1919-cu ildə - Cümhuriyyətimizin 1-ci ildönümü şənliklərində Bakı küçələri əllərində gül-çiçək, övladları ilə birgə bayram edən qadınlarla aşıb daşır. Lakin sahil parkı ənənəvi olaraq qadınların, yalnız türk-müsəlman qadınların üzünə qapalıdı. Qadınlar buna etiraz edərək bulvar mühafizləri ilə qarşıdurmaya  çıxırlar: biz Cümhuriyyət qurmuşuq ki yenə köhnə qaydaları qoruyub qadınları saymayasınız? 
Nəhayət, canlı  maneəni yarıb ilk dəfə Bakı bulvarına girirlər. 
Ertəsi gün Bakı qəzetləri qadınların bu hərəkətlərini təqdir edən və lənətləyən yazılar dərc edir. Şəhərdə mübahisə qızışır, məscidlər tüğyan edir. Lakin... Şanlı Cümhuriyyətimizin  Parlamenti və hökumət qadınları müdafiə edən bəyanat yayır.  Bununla da uzun illərin yasağı birdəfəlik  aradan qalxır.
Əziz Azərbaycan qadını! 
Mübarizən Mübarək! 
Bu gün gözəlim Bakı sahillərində yürüyərkən sələflərinin bu müqavimətini və qazancını unutma! O savaşçı anaları qürurla xatırla! 
Onu da unutma ki, bütün azadlıqlar sənin müqavimətinə bağlıdır! 
Sənə edilən bütün zülümlər və haqsızlıqlar məhz sənin dirənişin önünüdə bir heç olacaqdır!
Sən Cümhuriyyət Qadınısan! 
Sən Cümhuriyyətçi Qadınsan!

Mehriban Vəzir

14:09