Azərbaycan Parlamentlərarası İttifaqın 142-ci Assambleyasının iclasında təmsil olunub

Mayın 24-də və 25-də Parlamentlərarası İttifaqın 142-ci virtual Assambleyasının İdarəedici Şurasının iclası keçirilib. Onlayn iclasa Milli Məclisin deputatları, PAİ İdarəedici Şurasının üzvləri - Kamran Bayramov, Nigar Arpadarai və Tural Gəncəliyev qatılıblar.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Assambleyanın və Daimi Komitənin virtual sessiyalar prosedurunun xüsusi qaydalarının, İdarəedici Şuranın 206-cı sessiyasının işi haqqında qısa hesabatların təsdiqlənməsi, PAİ-nın 2020-ci ilə dair fəaliyyətinin nəticələri haqqında illik məruzə, 2020-ci ilə dair maliyyə nəticələri, PAİ-nın 2022-2026-cı illər üçün nəzərdə tutulan strategiyası və bir sıra təşkilati məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Xudaferin.eu

17:48