Azərbaycan Olimpiadada daha bir medal qazandı – FOTO

Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında daha bir medal qazanmışıq. 

Oxu.Az xəbər verir ki, ağırlıqqaldırma üzrə oğlanların yarışında 85 kq çəki dərəcəsində Tərmenxan Babayev körpücük üzərinə çıxıb.

Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018), altıqat rekordçu olan 16 yaşlı ağır atletimiz birdən qaldırma hərəkətində 142 kq-ı ram edib və bu hərəkətdə II yeri tutub. Tərmenxan təkanla qaldırma hərəkətində 174 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də II yerə çıxıb.

Toplam 316 kq (142 kq+174 kq) nəticə ilə Tərmenxan Babayev gümüş medala layiq görülüb. İlk sıraya italiyalı, III pilləyə Səudiyyə Ərəbistanından olan idmançı sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl cüdoçumuz Vüqar Talıbov qızıl, taekvondoçu Cavad Ağayev bürünc medal qazanmışdı. Azərbaycanı təmsil edən bədii gimnast Yelizaveta Luzan isə komanda yarışlarında qızıl medal əldə edib. Lakin bu medal Beynəlxalq Olimpiya Komitəsinin aktivinə yazılıb. 

 

13:12