Azərbaycan Milli Diasporu Şöhrət Barlasın müdafiəsinə qalxdı

Diasporumuz ermənilərin iç üzünü faktları göstərən ünlü özbək tarixçini müdafiə edir

Özbək tarixçi-publisist Şöhrət Barlasın hüquqlarının müdafiəsi ilə bağlı komissiya yaradılıb. Özbəkistanda fəaliyyət göstərən “Azərbaycan Milli Mədəni Mərkəzi”nin başçısı, “Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası”nın üzvü Mobil Məmmədovun təşəbbüsü ilə yaradılan Komissiya çərçivəsində vəkillər qrupu fəaliyyət göstərir. Vəkillər qrupuna “Özbəkistan-Azərbaycan Qadınlar Cəmiyyəti”nin başçısı, tanınmış hüquqşünas Fatimə Piriyeva başçılıq edir.
Qeyd edək ki, Şöhrət Barlas müəllifi olduğu “Qarabağ: ideyalar müharibəsi” və “Türküstan və Güney Qafqaz XIX-XX yüzilliklərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitablarına görə təqib olunur. Belə ki, “Qarabağ: ideyalar müharibəsi” kitabında tarixçi alim erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktları göstərir. İkinci kitabda isə ermənilər tərəfindən özbəklərlə bağlı törədilən tarixi cinayətlərdən və qətliamdan bəhs olunur.
Hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və eləcə də erməni diasporunun  təzyiqi ilə Özbəkistanda Şöhrət Barlasa çirkin və mərkli qarşı kampaniya başlayıb. 1920-1930-cu illərdə stalinizmin mirası kimi saxtakarcasına “falsifikasiya”, “milliyyətçilik”, “pantürkizm”, “panturanizm” və “fırıldaqçılıq”da ittiham edilən tarixçi-publisist haqqında əsassız böhtanlar yayılır, ekstremist qruplarla əlaqədə günahlandırılır, şərəf və ləyaqəti təhqir olunur. Erməni icmasının nümayəndələri onun evinə hücum edərək şüşələrini sındırıblar. Hətta rəsmi İrəvanın və erməni icmasının təsiri ilə Şöhrət Barlas barəsində “millətlərarası nifrətin qızışdırılması” maddəsi üzrə cinayət işi qaldırılması məsələsi gündəmdədir.
Ünlü özbək tarixçisi Şöhrət Barlasın hüquqları ilə bağlı Özbək və Azərbaycan xalqlarını təmsil edən 18 vəkil müdafiəsinə qalxıblar. Bu barədə Özbəkistan Ali Məhkəməsinə ermənilərin yenidən saxtakarlıq edərək, gerçək tarixi faktları ortaya qoyan Şöhrət Barlasın Türküstanda və özəlliklə də Özbəkistanda qətliamlarının və tarixi gerçəklərin üstünü açmaqda suçlandırmalarını əsas gətirərək qeyd ediblər ki, zorakılıq yolu ilə bir zamanlar bu tarixi həqiqətlər təəssüflər olsun ki, zamanla qaranlıqlara gömülmüşdür. Şöhrət Barlasın bu tarixi gerçəkləri ortaya qoyması isə heç bir zaman cinayət işi hesab oluna bilməz.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

 

 

 

11:16