Azərbaycan kökənli keçmiş deputat MHP-dən çıxarılır

 

Türkiyədə yeni Ana Yasa dəyişiklikləri ilə bağlı siyasi aktivlik davam edir.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəyişikliklər mövzusunda hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə həmrəylik göstərən Milliyətçi Hərəkat Partiyası (MHP) partiya daxilində əks fikir bildirənləri təşkilatdan xaric etmək istəyir. Bununla bağlı partiya sədri Devlet Bahçeli təlimat verib. MHP-li millət vəkilləri Yusuf Halaçoğlu, İsmail Ok, Nuri Okutan və əslən azərbaycanlı olan, İqdırın keçmiş millət vəkili Sinan Oğanın MHP-dən xaric olunması gözlənilir.
Qeyd edəki ki, Türkiyədə Ana Yasaya dəyişikliklər olunması ilə bağlı ölkə gündəmində “HAYIR” və “EVET” fikrinin tərəfdarları arasında çox kəskin fikir ayrılıqları yaranmışdır. Buna görə də, Ana Yasa dəyişikliyinə qarşı AKP və MHP-də çıxanlar hər iki partiyadan uzaqlaşdırlırlar. Bu faktın özü bir daha sübut edir ki, hər iki partiyada fikir plürealizminə qarşı dözümsüzlük nümayiş etdirilir. Ana müxalifət rolunda çıxış edən Cümhuriyyət Xalq Partiiyası (CHP) birmənalı şəkildə “HAYIR” təbliğatlarını aparır. Hətta bu partiyanın sıralarında olan və CHP-nin qərarına qarşı çıxanlardan kimsə partiyadan qovulmayıbdır. İqtidar yönlü sosioloji araşdırma mərkəzlərinin apardıqları “rəy sorğuları” əhali arasında böyük mənada rişxəndlə qarşılanır. Ona görə ki, rəy sorğusu keçirən şirkətlərin hamısı dövlət büdcəsindən maliyyələşdirilirlər.
 

Məcid

Cebhe.info

 

09:25