Azərbaycan — İsrail qardaşlığı

Hamınız bilməlisiniz, həmvətənlilərim. Qardaş İsrail Azərbaycan üçün nə deməkdir?

1. Azərbaycanda Rabitə sistemi olmadığı bir vaxtda İsrail şirkəti Bakcell yaradır və Azərbaycanda ilk mobil operator olur. Hazırda ölkə büdcəsinə ən çox gəlir gətirən şirkətlərdəndir.

2. İsrail öz neft ehtiyacının 30 faizini Azərbaycandan qarşılayır və hal hazırda qaz idxalı ilə əlaqədar danışıqlar aparır.

3. İsrailin dünyada yaxın əməkdaşlıq apardığı yeganə müsəlman ölkəsi Azərbaycandı.

4. 1992-ci ildə Ermənistana qarşı 822 saylı Qətnamə qəbul olunarkən Təhlükəsizlik şurasının sədri İsrail idi və bu qətnamənin qəbul olunmasında önəmli rol oynadı. Qətnamədə Ermənistanın dərhal Azərbaycan torpaqlarından çıxması əmr olunur.

5. Avropa, ABŞ, Belarus, hətta Ukrayna Azərbaycana yerüstü silahların satılmasından imtina etdiyi bir vaxta Azərbaycana dünyanın ən müasir silahlarını satmağa razılıq verdi. Bu silahlar sayəsində hal — hazırda ordusunun böyük əksəriyyətini Rusiyanın köhnə silahlarını almaqla təmin edən Ermənistana nisbətdə Azərbaycan ordusu qat-qat güclü bir hala gəldi. Hazırda erməni generalları da Azərbaycan ordusunun daha güclü silahlarla təmin olunduğunu etiraf edir.

6. Azərbaycan Fələstinin müstəqilliyini tanısa da, İsrail Qarabağın müstəqilliyini tanımır. Halbuki Fələstin Ermənistanı dəstəkləyir.

7. Yəhudi lobbisi bir çox ştatlarda Xocalı soyqırımının tanınmasında mühim rol oynayıblar. Hətta prezidentin son Amerika səfərində yəhudi lobbisi ilə də görüşləri olub.

8. Azərbaycanda 100 000 yəhudi yaşayır. Onlar bu dövlətə xaricdən ən çox investisiya cəlb edənlər arasındadır. Qarabağ döyüşlərində iştirak ediblər. Albert Aqarunov kimi Milli Qəhramanımız yəhudidir.

9. İsraildə 200.000 nəfərdən çox azərbaycanlı yəhudi yaşayır və Azərbaycan Mədəniyyətini layiqincə təbliğ edir və yaşayırlar. Hər bir zaman onlar özlərini azərbaycanlı olaraq görmüşlər və Azərbaycan dövlətinin mənafeyini qorumaqdadırlar.

10. Azərbaycana PUA-ların satışı və digər strateji silahların Azərbaycana satılması da İsrailin adıyla bağlıdır. Ermənilərin basqılarına baxmayaraq bir addım da geri çəkilmədi. Bu günədək ermənilərin uydurduğu qondarma soyqırımı bu günədək müzakirəyə belə çıxarmayıb.

BİZƏ MÜTTƏFİQ DOST GÖZÜYLƏ BAXANLARA KİMLƏRİNSƏ FİTNƏSİNƏ UYUB DÜŞMƏN GÖZÜYLƏ BAXMAYAQ.

Türlmən Ulusu
Mənbə fedai.az

Xudaferin.eu


 

11:15