Azərbaycan iqtisadiyyatı: canlanma yoxsa tənəzzül?

 

Neftin ucuzlaşması nəticəsində tənəzzüllə üzləşən Azərbaycan öz iqtisadiyyatının bərpası üçün qeyri-neft sektorunun inkişafını prioritet hesab edir. Reuters agentliyinin dəyərləndirməsinə görə ÜDM-in təxminən 45 faizini təşkil edən enerji daşıyıcılarından əldə olunmuş gəlirlərin aşağı düşməsi nəticəsində, büdcə daxilolmaları, manatın məzənnəsi, xarici valyuta ehtiyatları və ödəniş balansı zərbəyə məruz qalıb. Eyni dəyərləndirmədə deyilir ki, 2015-ci ildə 1,1 faiz artan ÜDM ötən il 3,8 faizədək ixtisar olub.
 

Bu ilin ilk iki ayında müşahidə olunan 0,4 faiz artım iqtisadiyyatın canlanması ilə bağlı ümidləri dirçəldib, Reuters agentliyinin təhlilində deyilir. Hökumət 2017-ci ildə 1 faiz həcmində artımın olacağını proqnoz etmişdi. Bəzi təhlilçilərə görə bu ümidlər qismən neftin bahalaşmasına dair proqnozlara söykənirdi. İqtisadi reytinqlər üzrə Moody`s agentliyinin dəyərləndərməsinə görə cari ildə Azərbaycanda 1 faiz geriləmə gözlənilir. Artım isə 2018-ci ildə mümkündür. Moody`s dəyərləndirməsinə görə ÜDM 1,8 faizədək arta bilər.

Neftin 1 barelinin qiyməti 50 dollardan çox olduğu halda Azərbaycan hökuməti sərt iqtisadi rejimdən imtina edə və dövlət investisiya qoyuluşunu artıra bilər. Artım ehtimallarında neftin bahalaşması ilə bağlı proqnozlar nəzərə alınır. Bakıda keçirilən Moody`s Annual Azerbaijan Summiti tədbirində agentliyin kiçik vitse-prezidenti deyib ki, neftin bahalaşması iqtisadiyyatın bərpasını sürətləndirəcək. "Neftin 1 barelinin qiyməti 50 dollardan çox olduğu halda Azərbaycan hökuməti sərt iqtisadi rejimdən imtina edə və dövlət investisiya qoyuluşunu artıra bilər. Bu iqtisadiyyatın bərpasını sürətləndirəcək", - Pyotr Paklin-in sözlərindən APA agentliyi iqtibas gətirir. Moody`s-in nümayəndəsi hesab edir ki, Azərbaycanın inkişafına mane olan əsas amillərdən biri də Beynəlxalq Bankın xarici öhdəliklərinin restrukturizasiyasıdır. Agentliyin 19 Mayda dərc etdiyi son hesabatında deyilir ki, ABB-ın restrukturizasiyası barədə elanı gözlənilməz olub ki, bu da bankın və bank sisteminin sağlamlığının "əvvəlki dəyərləndirmələrdən" daha zəif olduğuna işarə edir. 2016-cı ilinin sonunda Azərbaycan iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsini hazırlayıb. Proqramın əsas hədəfi qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadiyatı şaxələndirməkdir. Hökumətin əsas rəqəmlərinə görə 2010-cu ilədək iqtisadi artımın əsas "hərəkətverici amili" ənənəvi neft sektoru olsa da, 2010-2014-cü illərdə artıma əsas töhfə qeyri-neft sektorlarından formalaşmışdır.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2014-cü ildə qeyri-neft sektorunda 6,9 faiz, tikinti sektorunda 8,8 faiz, xidmət sektorunda 7,6 faiz artım qeydə alınmışdır, Azərbaycan iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində deyilir. Bu sektorların ÜDM-dəki paylarının təhlili göstərir ki, təbii ehtiyatlar 2014-cü ildə iqtisadi artıma 37 faiz töhfə vermiş, ikinci yerdə isə 14 faizlik templə tikinti sektoru olmuşdur. İqtisadçı ekspert Natiq Cəfərli yol xəritələrində hədəflərin yaxşı müəyyənləşdirildiyini bildirir.

Lakin onun sözlərinə görə hökumətin strategiyası kağız üzərində düzgün olsa da onun icrasına irad tutmaq olar.

O, deyir ki, iqtisadi problemlər idarəçilik qüsurları üzündən qərarsızlıq və ləngimələrlə üzləşir və bunu devalvasiya misalında görmək olar. "Devalvasiya 2013-cü ilin sonu 2014-cü ilin əvvəlində elan olunmalı idi. O vaxtlar elə olurdu ki, valyutanı dəstəkləmək üçün bir ayda 2 milyard manat xərclənirdi. Bu valyuta ehtiyatlarının daha tez tükənməsinə səbəb oldu. Bu gecikdirilmiş addımı idi". İqtisadçının sözlərinə görə indiki qərarların effektivliyini bir neçə ildən sonra görmək olacaq. Bu arada Moody's-in Azərbaycandakı investisiya iqlimilə bağlı dərc etdiyi son təhlilində deyilir ki, neft və qaz qiymətləri eyni səviyyədə qalarsa növbəti bir neçə il ərzində iqtisadiyyatın sürətlə artımı ehtimalı aşağıdır.
Gözləniləndən daha yüksək olan maliyyə təzyiqi həmçinin ortamüddətli inkişafla bağlı qeyri-müəyyənliyi də artırır, sənəddə deyilir.

Muxalifet.az

 

20:05