Azərbaycan Gürcüstanın statistikasında birinci yerdədir

Bu ilin yanvar-mart aylarında Gürcüstana 368 min Azərbaycan vətəndaşı səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur.

Xudaferin.eu Report-a istinadən xəbər verir ki, bu göstərici ilə Azərbaycan vətəndaşları bu ilin ilk üç ayında Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında birinci yerdədirlər.

İkinci yerdə 264 min nəfərlə (+15,3% çox) Ermənistan, üçüncü yerdə isə 236 min nəfərlə (-13,7%) Türkiyə gəlir. Rusiya 185 min nəfərlə 4-cü, İran isə 55 min nəfərlə 5-ci yerdədir.

Ümumilikdə bu ilin yanvar-mart aylarında Gürcüstana 1,26 milyon nəfər xarici ölkə vətəndaşı səfər edib. Bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 11,4% çoxdur.

İki ayın göstəricilərinə görə, xarici qonaqlar ödəniş kartları vasitəsi ilə 293 milyon lari həcmində pul xərcləyiblər.

Xudaferin.eu

12:30