Azərbaycan fortepiano mədəniyyəti

 

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovun “XX əsrin Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika, ifaçılıq və bəstəkarlıq yaradıcılığı” adlı monoqrafiyası işıq üzü görüb. “Təhsil” nəşriyyatında çapdan çıxan monoqrafiyanın elmi redaktoru, sənətşünaslıq doktoru, əməkdar elm xadimi, akademik Zemfira Səfərovadır.
 

Müəllif kitabda başlanğıcı rus fortepiano ifaçılığı və təhsili məktəbi ilə ayrılmaz surətdə bağlı olan və eyni zamanda folklor, xalq musiqisi üslubunun səciyyəvi xüsusiyyətlərinə istinad edən Azərbaycan fortepiano mədəniyyətinin formalaşma yolunu tədqiq edir. Fortepiano pedaqogikası, ifaçılığı və bəstəkar yaradıcılığının inkişafı və təkmilləşməsinin vacib mərhələləri ardıcıl şəkildə araşdırılır. Monoqrafiya həm mütəxəssislər, həm də Azərbaycan musiqi mədəniyyətinin inkişafı ilə maraqlanan geniş oxucu kütləsi üçün dəyərli tədqiqat əsəridir.

Xudaferin.eu

09:25