Azərbaycan diasporunun gənc üzvləri yay düşərgəsində bir ayara gələcəklər

Diasporla İş üzrə Dövlət Komitəsi dünyada yaşayan Azərbaycan əsilli gəncləri ölkəmizdə bir araya gətirərək diaspor hərəkatını daha da gücləndirmək niyyətindədir. Həmin gənclər Komitənin Gənclər və İdman Nazirliyi və Gənclər Fondu ilə birgə təşkil etdiyi Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak edərək görüşmək imkanı qazanacaqlar.

Dövlət Komitəsindən bildiriblər ki, düşərgədə iştirak üçün qeydiyyat davam edir. Düşərgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunur. Arzu edənlər sənədlərini iyunun 30-dək elektron qaydada göndərməlidir. Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak pulsuzdur. İştirakçıların seçim meyarları və digər məlumatlarla Komitənin saytında tanış olmaq mümkündür.

AZƏRTAC

13:18