Azərbaycan diasporu erməniləri ifşa edən özbək tarixçini müdafiə edir

 

Özbək tarixçi-publisist Şöhrət Barlasın hüquqlarının müdafiəsi ilə bağlı komissiya yaradılıb.

Özbəkistanda fəaliyyət göstərən “Azərbaycan Milli Mədəni Mərkəzi”nin rəhbəri, “Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası”nın üzvü Mobil Məmmədovun təşəbbüsü ilə yaradılan Komissiya çərçivəsində vəkillər qrupu fəaliyyət göstərir. Vəkillər qrupuna Özbəkistan-Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri, tanınmış hüquqşünas Fatimə Piriyeva başçılıq edir.

Qeyd edək ki, Şöhrət Barlas müəllifi olduğu “Qarabağ: ideyalar müharibəsi” və “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitablarına görə təqib olunur. Belə ki, “Qarabağ: ideyalar müharibəsi” kitabında yazıçı erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktları göstərir. İkinci kitabda isə ermənilər tərəfindən özbəklərlə bağlı törədilən qətliamdan bəhs olunur.

Hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Şöhrət Barlasa qarşı kampaniya başlayıb. Falsifikasiya, milliyyətçilik, pantürkizm və fırıldaqçılıqda ittiham edilən tarixçi-publisist haqqında əsassız böhtanlar yayılır, ekstremist qruplarla əlaqədə günahlandırılır, şərəf və ləyaqəti təhqir olunur. Erməni icmasının nümayəndələri onun evinə hücum edərək şüşələrini sındırıblar. Hətta Rəsmi İrəvanın və erməni icmasının təsiri ilə Şöhrət Barlas barəsində millətlərarası nifrətin qızışdırılması maddəsi üzrə cinayət işi qaldırılması məsələsi gündəmdədir.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

 

08:55