Azərbaycan ədəbiyyatı Özbək Türkcəsində

 

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kültür Mərkəzi “Azərbaycan ədəbiyyatı Özbək GTürkcəsində” kitab kolleksiyasını Əlişir Nəvai adına Milli Kitabxanaya hədiyyə edib.

Kolleksiyaya Özbəkistanın Xalq Şairi Camal Kamalın çevirməsində Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması, Olimcon Buriyevin çevirməsində Nizami Gəncəvinin “Xəmsə”si, “XX əsr Azərbaycan poeziyası antologiyası”, “Azərbaycanın mədəni irsi”, “Azərbaycan yazıçılarının hekayələri”, Məhəmməd Füzulinin “Qəlb gövhəri”, “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri”, “Müasir Azərbaycan şairlərinin şeirləri”, tanınmış yazıçı Yunus Oğuzun “Sultan Alp Arslan”, “Şah arvadı və cadugər” romanları, özbək tarixçisi Şuhrat Salamovun “Türküstan və Güney Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” və “Qarabağ: ideyalar müharibəsi” kitabları daxildir.

Özbəkistanın kitabxana fondlarının Azərbaycana dair nəşrlərlə zənginləşdirilməsi işi artıq ənənə halını alıb. Yaxın vaxtlarda ölkəmizlə bağlı çoxsaylı nəşrlərin Səmərqənd və Buxara şəhərlərinin kitabxanalarına da göndərilməsi nəzərdə tutulub. AKM-in direktoru Samir Abbasov son dörd ildə Özbəkistanda həyata keçirilən “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində ölkəmizə dair yüzlərlə nəşrin aparıcı kitabxanalara hədiyyə edildiyini söyləyib.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

06:34