Azərbaycan cazmenləri Stokholmda konsert proqramı ilə çıxış ediblər

 

Azərbaycanın əməkdar artistləri Rain Sultanov və İsfar Sarabski İsveçin paytaxtına səfərləri çərçivəsində yerli tamaşaçılar qarşısında yeni konsert proqramı ilə çıxış ediblər. Məşhur “Högalid” kilsəsində keçirilən konsertdə tamaşaçılara saksofon, fortepiano və orqan musiqisinin sintezindən ibarət maraqlı kompozisiyalar təqdim edilib.

Ölkəmizin İsveçdəki səfirliyinin dəstəyi ilə Azərbaycan diasporu tərəfindən təşkil edilmiş konsertin məqsədi milli musiqimizin, mədəniyyətimizin və incəsənətimizin burada daha yaxından tanıdılmasıdır. Azərbaycan musiqiçilərinin kompozisiyaları yerli tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xudaferin.eu
İsveç, “Stohkolm Bürosu”

11:21