Azərbaycan bankların 30 milyard manat öhdəliyi

Cari ilin noyabrın 30-a Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 31,869 milyard manat, cəmi öhdəlikləri 29,579 mlrd. manat təşkil edir. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, sektorun balans kapitalı 2,290 mlrd. manatdır. Hazırda ölkədə iki dövlət bankı fəaliyyət göstərir. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların filiallarının sayı 568, şöbələrinin sayı 129, ATM-lərin sayı 2454-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 17 min nəfərdir. Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 156, o cümlədən kredit ittifaqlarının sayı 109-dur. BOKT-in işçi heyəti 2882 nəfərdir.

Xudaferin.eu

12:15