Azərbaycan Avropa çempionatının ilk günündə üç medal qazandı - FOTO

Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamız Danimarkanın Albo şəhərində keçirilən növbəti Avropa çempionatında mübarizəyə başlayıb.

Xudaferin.eu xəbər verir ki, qitə çempionatının ilk günü bütün yaş qruplarında kata və 14-15 yaşlı yeniyetmələrdə -52, -57, -63, -70 və +70 kq oğlanlar, eləcə də -47, -54 və +54 kq qızların kumite yarışlarının nəticələri məlum olub.

Azərbaycan ilk gündə üç medal qazanıb. Kumite yarışlarında Hüseyn Məmmədli (-57 kq) bürünc medal uğrunda görüşdə italiyalı Yakopo Botossoya, Tale Yaqubov (-63 kq) isə finalda ukraynalı Leon Qayduka qalib gəlib.

Həmçinin kata millimizin aparıcı üzvü Roman Heydərov 18-21 yaşlı gənclər arasında mübarizədən qalib ayrılıb. O, Avropa çempionu olub.
  
Qeyd edək ki, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclərdə isə 11-ci qitə çempionatında 51 ölkədən 1092 idmançı iştirak edir.

Xudaferin.eu

14:25