Azərbaycan antiterror siyahısını genişləndirdi

Azərbaycan Maliyyə Monitorinqi Xidməti terrorçuluğu dəstəklədiklərinə görə sanksiya tətbiq olunmalı şəxslərin siyahısını genişləndirib.

Oxu.Az quruma istinadən xəbər verir ki, siyahıya İndoneziya vətəndaşı, Əbu Valid əl İndunisi adı ilə də tanınan Məhəmməd Yusup Kərim, Malayziya vətəndaşı, Mohd Rəbi bin Udin adı ilə tanınan Rafi bin Udinvə Filippin vətəndaşı, Abdul Rəhman adı ilə tanınan Məhəmməd Rza Lahaman Kiramın adı daxil edilib.

Hər üç şəxs İŞİD terror təşkilatına üzv olması ilə əlaqədar beynəlxalq axtarışdadır.

Qeyd edək ki, siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli, 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidməti tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin 9 avqust 2018-ci il tarixli qərarına uyğun olaraq yenilənib.

Oxu.Az

14:16