Azərbaycan alimi Günəş enerjisinin müsbət və mənfi təsirləri barədə məlumat verib

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin elmi işçisi Günel Bahəddinova Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “MDB ölkələrində davamlı enerji həlləri və təmiz texnologiyaların təbliği” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

Tədbirdə G.Bahəddinova “Günəş enerjisi və onun ətraf mühitə təsiri” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzəçi Yer kürəsinin hansı coğrafi enliklərində Günəş enerjisindən daha çox enerji almağın yolları, Günəş enerjisinin müsbət və mənfi təsirləri barədə söz açıb.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

AZƏRTAC

18:08