Azad Əliyevin xatirəsinə həsr edilmiş konsert təşkil edilib

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında əməkdar incəsənət xadimi, maestro Azad Əliyevin əziz xatirəsinə həsr olunmuş konsert təşkil olunub.

Tədbirdə akademiyanın “Baku Chamber Orchestra”sının Gənclər Kamera Orkestri və solistlər - Murad Adıgözəlzadə, İlham Nəzərov, Kristina Rəhimova, Aydan Həsənova, Orxan Cəlilov, Sevda Hüseynova çıxış ediblər. Maraqla qarşılanan konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Orkestrın bədii rəhbəri və dirijoru Fuad İbrahimovdur.

 

Xudaferin.eu

 

06:01